Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Tofiq Yaqublu 4 il, 3 ay müddətinə həbs edilib

 

Bakının Nizami Rayon Məhkəməsi Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun barəsində hökm çıxararaq onu ciddi rejimli koloniyada saxlanılmaqla 4 il, 3 ay müddətinə azadlıqdan məhrum edib.

Yenixeber.org: Bununla da hakim Nəriman Mehdiyev T.Yaqublunu silah kimi əşyadan istifadə etməklə xuliqanlıqda (CM-in 221.3-cü maddəsi) təqsirli bilib.

Ötən gün prokuror onun 4 il, 6 ay müddətinə həbs edilməsini istəmişdi. 

Xatırladaq ki, bu il martın 22-də T.Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov T.Yaqublu ilə münaqişə edərək onu qəzada ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı T.Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də T.Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. T.Yaqublu bu özbaşınalığa etiraz olaraq aclığa başlayıb.

T.Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilmişdi.

2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə həbs edilib.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam