Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Kaşıkçı cinayətinə görə -5 nəfər edam olunacaq

Kaşıkçı cinayətinə görə 5 nəfər edam olunacaq
Səudiyyə Ərəbistanında məhkəmə qətlə yetirilən jurnalist Camal Kaşıkçının işi üzrə qərar qəbul edib.

Yenixeber.org: Jurnalistin ölümünə görə 5 nəfər edam cəzası alıb. Daha 3 nəfər isə 24 il müddətinə həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, ötən ilin oktyabrın 2-də “The Washington Post” qəzetinin əməkdaşı Camal Kaşıkçı sənəd almaq üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna müraciət edib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını bildirib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalistin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib.

Rəsmi məlumata əsasən, Camal Kaşıkçı konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb və jurnalistə ölümcül maddənin olduğu iynə vurulub. Daha sonra bədəni hissələrə ayrılaraq konsulluğun binasından çıxarılıb. Lakin indiyədək jurnalistin cəsədinin qalıqlarının harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan yalnız 11-i həbs olunaraq məhkəmə qarşısına çıxarılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam