Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Britaniya Səudiyyə rəsmilərinin ölkəyə girişinə qadağa qoyur

    

Britaniya Səudiyyə rəsmilərinin ölkəyə girişinə qadağa qoyur
London Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğunda jurnalist Camal Kaşoqinin qətlə yetirilməsində əli olanlara qarşı sanksiya tətbiq edərək, onların Böyük Britaniyaya girişinə qadağa qoyacaq.
 Yenixeber.org: Britaniyanın baş naziri Tereza Mey bu cür bəyanatla çıxış edib. Bildirib ki, telefon əlaqəsi saxlayaraq Səudiyyə kralı Salmanla bu məsələni müzakirə edəcək. 

“Məsələ ilə bağlı bütün şübhəlilərin Britaniyaya girişinin qarşısını alacağıq və əgər onların vizaları varsa, həmin sənədləri də ləğv edəcəyik. Jurnalistin guya davada ölməsilə bağlı təqdim olunan məlumat yetərli və inandırıcı deyil. Əslində nə baş verdiyi tez bir zamanda üzə çıxarılmalıdır ” – Mey vurğulayıb. 

Qeyd edək ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. 

Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, konsulluqda olarkən Camal Kaşoqi ilə onun Səudiyyəyə dönməsində israr edənlər arasında dava yaranıb və nəticədə insident jurnalistin ölümünə səbəb olub. Kaşoqinin qətli ilə bağlı Səudiyyədə açılan cinayət işi çərçivəsində 18 nəfər həbs olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam