Redaktor seçimi
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Günün xəbəri

Bu gün -Əlcəzairdə prezident seçkiləri keçiriləcək

Bu gün Əlcəzairdə son dərəcə kəskin ictimai-siyasi böhrana son qoymaq çağırılmış prezident seçkiləri keçiriləcək.

Yenixeber.org: Səsvermənin nəticələri üzrə 20 il ölkəni idarə etmiş və 2019-cu ilin aprelində istefaya getmiş sabiq prezident Əbdüləziz Buteflikin xələfi məlum olacaq. 

Seçkilərin təşkilinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün xüsusi olaraq yaradılmış Müstəqil Milli Seçki Orqanının məlumatına görə, Əlcəzairin 24,4 milyondan çox vətəndaşı səsvermə hüququna malikdir. Respublikanın bütün ərazisində seçki prosesinin təminatı üçün 61 mindən çox seçki məntəqəsi açılıb.

Konstitusiya Şurası seçkilərə beş namizədi buraxıb. Bunlar Milli Demokratik Birləşmə Partiyasının müvəqqəti baş katibi, 60 yaşlı Aziddin Mihubi, sabiq turizm naziri, "Al-Bina" siyasi hərəkatının rəhbəri, 57 yaşlı Əbdülqadir Benqrin, iki keçmiş baş nazir - 74 yaşlı Əbdülməjid Tebbun və 75 yaşlı Əli Benflis, həmçinin 56 yaşlı Əbdüləziz Belaiddir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam