Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Əfqanıstanda prezident seçkiləri -qeyri-sabit şəraitdə keçirilir

Bu gün Əfqanıstanda 2001-ci ildə “Taliban” rejiminin süqutundan sonrakı dövrdə dördüncü prezident seçkiləri keçirilir.

Yenixeber.org: Sentyabrın 28-də seçki prosesi radikal qüvvələrin təhlükəsizliyi daim təhdid etməsi şəraitində başlayıb. Seçkilərdən əvvəl 431, seçki günü isə 14 məntəqədə təhlükəsizlik baxımından səsvermə ləğv olunub. Səhər saatlarında isə Nanqarhar vilayətindəki Cəlalabad şəhərində seçki məntəqəsində törədilmiş terror aktı nəticəsində bir nəfər ölüb, daha iki sakin yaralanıb. “Taliban” hərəkatı seçkilərdən bir gün əvvəl bəyanat yayaraq əhalini seçki məntəqələrinə getməməyə çağırıb.

Qeyd olunur ki, seçki günü, səhər saatlarında daha 200 məntəqəyə seçki bülletenləri çatdırılmayıb. Seçkiləri həyata keçirən Müstəqil Seçki Məntəqəsinin nümayəndəsi Zabih Sədat jurnalistlərə bildirib ki, bağlı olan 445 seçki məntəqəsinin əksəriyyəti Bəlh, Qor, Fəryab və Herat vilayətlərində yerləşir. O, seçkilərdə cəmi 5 min məntəqənin fəaliyyət göstərdiyini də əlavə edib.

Əfqanıstanda keçirilən prezident seçkilərində əsas namizədlər hazırkı dövlət başçısı Əşrəf Qani və Baş Nazir Abdulla Abdulladır. Onların rəqibləri arasında sabiq Milli Təhlükəsizlik naziri Rəhmətulla Nabil, əfqan mücahidlərinin keçmiş başçısı Gülbəddin Hikmətiyar və Əfqanıstanın Londondakı keçmiş səfiri Əhməd Vəli Məsud da var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam