Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Zelenskini devirməyə çalışırlar” - Sabiq nazir

“Zelenskini devirməyə çalışırlar” - Sabiq nazir
Ukrayna Prezidenti Vladimir Zelenskini devirməyə çalışırlar.

Yenixeber.org: Bu barədə ölkənin keçmiş ədliyyə naziri Yelena Lukaş "112 Ukrayna" kanalının efirində bildirib. Onun sözlərinə görə, bəzi siyasi qüvvələrdən Prezident Zelenskini devirmək üçün istifadə etmək istəyirlər. Bunun səbəbi isə Donbasla bağlıdır.
Keçmiş nazir hesab edir ki, sülhyaratma prosesi təslim olmaq kimi başa düşülə bilər. O, eyni zamanda vurğulayıb ki, hazırda Zelenskinin təhlükəsizlik qüvvələri yoxdur.

"Zelenskini devirməyə çalışırlar. Səbəbi gözəldir: təslim olmaq", - deyə eks-nazir vurğulayıb.

Qeyd edək ki, oktyabrın 1-də Ukrayna Prezidenti Vladimir Zelenski keçirdiyi mətbuat konfransında Donbas münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin iştirakçıları ilə “Ştaynmayer formulu”na razılıq verdiklərini açıqlamışdı. Almaniyanın keçmiş xarici işlər naziri və hazırki prezidenti Frank Valter Ştaynmayer tərəfindən irəli sürülmüş “Ştaynmayer formulu” mərhələli şəkildə Donbas münaqişəsinin tənzimlənməsini nəzərdə tutan tədbirlər planıdır və ilkin mərhələdə Donetsk və Luqansk əyalətlərinə xüsusi statusun verilməsi nəzərdə tutulur.

Zelenskinin bildirdiyinə görə, xüsusi statusla bağlı bu ilin sonunadək qanunvericilik aktı hazırlanacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam