Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tramp - Zelenskini Putinlə səhv saldı

Tramp Zelenskini Putinlə səhv saldı - VİDEO
ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskini "Rusiyanın yeni prezidenti" adlandırıb.

Yenixeber.org: Trampın bu səhvinə amerikalı jurnalist Daniel Deyl diqqət çəkib. ABŞ Prezidentinin sözləri Ağ Evin saytında da yer alıb.
Zelenski ilə söhbətinin stenoqramı dərc edildikdən sonra impiçment məsələsi ilə bağlı araşdırmanı şərh edən Tramp danışıqların "əla" olduğunu, rəqiblərinin isə qalmaqal yaratmağa çalışdıqlarını söyləyib.

“Bildiyiniz kimi, yeni Rusiya prezidenti yaxşı adamdır, bir bəyanatla çıxış etdi. Və orada heç nə yox idi. Ona heç bir təzyiq yox idi”, - Tramp deyib.

Daha əvvəl mətbuat xəbər yaymışdı ki, Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon söhbəti zamanı ondan keçmiş vitse-prezident Co Bayden və onun oğlu Hanter Bayden barəsində təhqiqat aparmağı xahiş edib və bunun müqabilində Ukraynanın hərbi ehtiyacları üçün ABŞ-dan federal səviyyədə maliyyə ayrılacağını vəd edib.

Bu söhbət Ağ ev rəhbərinin impiçmenti barədə iş üzrə təhqiqata başlanmasına səbəb olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam