Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Trampın prezident seçilməsi köhnə dünya nizamına son qoydu" -Ştaynmayer

Ştaynmayer

Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Donald Trampın ABŞ prezidenti seçilməsinin bir epoxaya son qoyduğu qənaətindədir.

Xeberinfo.com:  Frank-Valter Ştaynmayer bunu “Bild am Sonntag” nəşrinə yazdığı məqaləsində qeyd edib.

Almaniya xarici işlər naziri bildirib ki, D. Trampın prezident seçilməsi ilə XX əsrin köhnə dünyası nəhayət, keçmişdə qaldı: “XXI əsrdə dünya nizamına baxışın necə olacaq, dünyanın sabah necə görünəcəyi hələ müəyyənləşdirilməyib. Bu sual açıq qalır. Dünya ictimaiyyəti təlatümlərə, o cümlədən hakim rejimlərin dəyişməsinə hazır olmalıdır”.   

Frank-Valter Ştaynmayer məqaləsində rəsmi Berlinin ABŞ-ın yeni administrasiyası ilə dialoqa can atacağını, öz mövqeyi, dəyərləri və maraqlarını çatdıracağını vurğulayıb.

Qeyd edək ki, xarici işlər naziri postunu tərk etməyə hazırlaşan Frank-Valter Ştaynmayer Almaniyada prezidentliyə ən real namizəddir. Onun namizədliyini xristian demokratlar, sosialistlər dəstəkləyir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam