Dünya və olimpiya çempionlarında çox sayda medal qazanan 40 yaşlı Marike Vervort evtanaziya ilə həyatına son qoyub.
Yenixeber.org: İdmançı 21 yaşından bəri sağalmaz "miyelopatiya" xəstəliyindən əziyyət çəkir. Velvort evtanaziya üçün sənədləri hələ 2008-ci ildə imzalamışdı. O, ağrılardan əziyyət çəkdiyini və gündə cəmi bir neçə dəqiqə yata bildiyini əsas gətirərək, həyatla vidalaşmağa qərar verib.