EVTANAZİYA NƏDİR? -AZƏRBAYCANDA RELLAŞA BİLƏRMİ?!
Xeberinfo.com: “Evtanaziya”sözünün dərinliyinə varanda tükürpədici ifadə kimi fikirlərimizi dolaşdırır . Gəlin, bu termin ətrafında bir az düşünək. “Evtanaziya”nədir? Tarixən evtanaziya” ifadəsini ilk dəfə ingilis alimi Frensis Bekon XVI yüzildə gündəmə gətirib. Bir çox sözlər kimi tarix boyu anlamını dəyişsə də araşdırmada yenə eyni mənanı verir. Yəni - “asan ölüm”. Maraqlıdır bu necə tədbiq edilir? Demək, evtanaziya – xəstənin özünün, onun qohumlarının və ya maraqlarını təmsil edən şəxslərin xahişini nəzərə almaqla həyata keçirilir.
Evtanaziya müalicəyə tabe olmayan ağır xəstəliyə düçar olmuş birinin özünün və yaxud yaxınlarının istəyi ilə həyatına son qoyulması deməkdir. Bu məsələ nə qədər az yayılmış olsa da belə dünyada ən mübahisəli fikirlərdən biridir. Ümumiyyətlə tarixən evtanaziya dedikdə ilk ağıla gələn ABŞ-da “ölüm həkim"i ləqəbini qazanmış Cek Qevorkyan yada düşür. Bu erməni həkimi evtanaziya yolu ilə 130 adamın həyatına son qoymuşdur. C. Qevorkyan qəzetlərin birində elan verərkən belə söz işlətmişdir: “Əgər ağrısız ölmək istəyirsinizsə, mən sizə yüngül ölüm hədiyyə edəcyəyəm". Belə baxanda tarixə düşən qəddar erməni həkim 130 amerikalının həyatına evtanaziya yolu ilə son qoyub. Maraqlıdır ki, dünyanın harasında olsa iyrənc işlərin başında adəti üzrə qəddar erməninin dayandığını görürük. Evtanaziya ilə bağlı hər bir dövlətin özünə məxsus qanunları var. Tarixə nəzər salsaq evtanaziya ilk dəfə 1984-cü ildə Niderlandda tədbiq edilmişdir.
Dünyadakı ilk belə xidmət göstərən klinika da məhz Hollandiyada açılıb. Belə ki, adı çəkilən dərnəyin rəhbəri evtanaziyanın tədbiqini tibbi cəhətdən müalicəsi olmayan yaşı 18-dən yuxarı olan xəstələrə tədbiq edə biləcəyini də söyləmişdir.Gəlin, baxaq hansı dövlətlər bu qanunları özlərinə şamil etməklə necə istifadə edirlər. Məncə əksər dövlətlərin fikri birmənalıdır, yəni bəyənilmir. Bəs Azərbaycan Avropaya inteqrasiya etdiyi bir zamanda yəni ölüm hökmünün ləğv edildiyi məmləkətdə bu terminə necə münasibət bəslənilir? Zənnimcə Azərbaycanda evtanaziyanın tətbiqinə olan fikirlər və təkliflər qanun daxilində müəyyən mənada birmənalı olmalıdır. Çünki Azərbaycan İslam dövlətidir.Dinimiz İslam olduğuna görə başa düşülür ki, adi bir qarışqanı yarada bilməyən insan necə Allah tərəfindən yaradılmış olanın ölümünə fərman verə bilər? Elə bu nöqteyi- nəzərdən də bu məsələnin dövlət səviyyəsində həyata keçirilməsi qəti qadağan olunduğu üçün cinayət hesab edilir. Yəni cinayət məcəlləsində maddə tədbiq edilir və belə bir hadisə baş verərsə birbaşa həkim və icraçılar cinayət məsuliyyətinə cəlb edilir.. Əksər ölkələrdə də “asan ölümü” reallaşdıranlar üçün ağır cəzalar nəzərdə tutulur və tədbiq edilir. Normal bir hal kimi səmavi dinlər də "Allahın işinə qarışmağın" əleyhinədir.
Hörmətli öxucular, mənim bu məsələyə toxunmaqda məqsədim televiziya proqramlarının birində bir xanımın efirə çıxaraq Azərbaycan anasına xas olmayan tərzdə işlətdiyi sözlər olmuşdur. Beləki, ananın dediyinə görə övladı avtoqəzadan sonra yataq xəstəsinə çevrilmişdir. Ana artıq yorulduğunu və bezdiyini vurğulayaraq həkimlərdən xahiş edir ki, onun oğluna asan yolla ölüm tədbiq etsinlər. Yəni özünün dediyi kimi bir iynə vuraraq həyatına son qoysunlar. Əslində mənə elə gəlir ki, bu ana nə dediyinin fərqində deyildi. Çünki bu insan Azərbaycanda yaşamasına baxmayaraq öz hüquqlarını bilmir. Ana başa düşsəydi ki, ağır xəstələr üçün Səhiyyə Nazirliyi tərəfindən yardım olaraq tibbi personalın ayrılması haqqında qanun var, belə dözümsüzlük nümayiş etdirməzdi. Ananın bu təklifi tamaşaçılar üçün birmənalı qarşılanmadı. Ekspertlər onu başa salmağa çalışdılar ki, hətta ən çətin vəziyyətdə olsa belə ana necə öz doğma övladının ölümünə hökm verə bilər?. Zənnimcə ananın halı başa düşüləndir. Belə bir deyimdə var: ”Xəstə, xəstə olmaz, xəstəyə baxan xəstə olar” Lakin nə qədər ağır olsa da anaya kim haqq verir ki, Allahın yaratdığının həyatına son qoymaq üçün istədiyi kimi fətva versin. Bu məsələyə dini yönlə yanaşsaq, ananın nə qədər cahil olduğunu görərik. Çünki ananın dini bilgisi olsaydı belə təkliflə çıxış etməzdi. Bu məsələnin bir tərəfi. Nədənsə bu gün Azərbaycanda öz canına qıyanların da sayı az deyil.
Əslində yaşam tərzimizə nəzər salsaq cəmiyyətimizdə sosial vəziyyətin çətin olması bəzi cahil insanların psixologiyasına mənfi təsir edir və intihar yolunu seçirlər. Acınacaqlı hal budur ki, yaşadığımız cəmiyyətdə dini bilgisizlik hər halı ilə özünü göstərir. Məncə göstərilən heç bir dəlil və sübut əsas vermir ki, insan öz həyatına qəsd etsin. Belə bir durum Allah tərəfindən bağışlanılmır. Düzdür, həmin proqramda ananı çox qınadılar. Əslində belə bir durumla qarşılaşacağını gözləməyən ana öz səhvini anlayaraq ekspertlərdən və tamaşaçılardan üzr istəmişdir.
P.S. “Evtanaziya” sözünün proqramların birində adi bir söz kimi gündəmə gələrək işlədilməsi məni çox mütəəssir etdi. Görəsən, bu termin qanun çərçivəsində reallaşarsa növbəyə yazılanlar çoxmu olar?! Axı Azərbaycanda canından bezənlərin sayı yetərincədir. Amma bəzən düşünürsən ki, Azərbaycanda evtanaziyanın tədbiq edilməsinə ehtiyac duyulmur. Çünki, bu gün səhiyyənin dırnaqarası ifrat inkişafı bu məsələyə əyani sübutdur. Əslində Azərbaycanda savadsız həkimlər evtanziyanın tədbiq edilməsinə lüzum bilmədən hələ ipi ALLAHDAN üzülməyən xəstələrin ölümünə "evtanaziya"sız da fərman verirlər.
Təranə Nazimqızı