Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Gürcüstanda - daşqınların miqyası böyüyür

Gürcüstanda daşqınların miqyası böyüyür  - <span style=YENİLƏNİB">

Gürcüstanın Kaxeti rayonunun Telavi bələdiyyəsi ərazisində baş verən daşqının miqyası böyüyür. Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Xidməti gücləndirilmiş iş rejiminə keçib.

Yenixeber.org:  Gürcüstan Bürosunun xəbərinə görə, Telavi üzrə millət vəkili Gela Samxarauli bildirib ki, hadisənin miqyası genişlənməyə davam etdiyindən dəyən zərərin miqyasını indidən təxmin etmək mümkün deyil: "Daşqın davam edir. Bölgədəki başqa bir çay da təhlükə yaratmağa başlayıb. Əkin sahələri su altında qalıb. Hazırda daha böyük tələfatın qarşısını almaq üçün əraziyə texnika cəlb edilib". – deyə Gela Samxarauli bildirib.

Şiddətli yağış səbəbindən daşan Qanıx çayı isə Babaneuri, Argoçi, Mağrani kəndlərini və Pankisi dərəsində yerləşən yaşayış məntəqələrini təhlükə altında qoyub. Evlərin birinci mərtəbəsi və daxili yolların su altında qaldığı bildirilir.

Pankisi dərəsində Yoxadan kəndinə aparan körpünün istifadəsi isə tam məhdudlaşdırılıb.

Xatırladaq ki, analoji hadisə ötən gün Nekresi dərəsində də baş verib. Sürüşmə nəticəsində dağdan ayrılan torpaq kütləsi çay yatağını bağladığından Çiatura-Saxhere yolunu su basıb. (ONA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam