Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ sərhədlərində təhlükə böyüyür– İkinci “miqrant karvanı” 

    

ABŞ sərhədlərində təhlükə böyüyür – İkinci “miqrant karvanı”
Zorakılıq və yoxsulluq səbəbindən Salvador, Qvatemala və Hondurası tərk edərək ABŞ-a sığınmağa çalışan miqrantların sayı artmağa başlayıb. 

 Yenixeber.org: Qvatemaladan daha 2 minə yaxın miqrant ABŞ-a keçmək üçün yürüşə başlayıb.
Onlar Meksikaya keçərək ABŞ-la sərhəddə çatmaq üçün 1800 kilometr məsafə qət etməlidirlər. Meksika hökuməti ötən həftədən etibarən başlayan ilk “miqrant karvanı”na qoşulanların isə hazırda 3600 nəfər olduğunu bildirib. 

Meksika rəsmilərinin sözlərinə görə, uşaqlar da daxil olmaqla ümumilikdə qaçqın statusu almaq üçün 1699 nəfər müraciət edib. Lakin ABŞ-ın təzyiq və təhdidlərinə baxmayaraq, Meksika polisi miqrantların sərhəddə doğru irəliləməsinin qarşısını almaq üçün onlara güc tətbiq etmir. 

Qeyd edək ki, “miqrant karvanı”nın yaxınlaşması ilə əlaqədar prezident Donald TrampABŞ-Meksika sərhəddində fövqəladə vəziyyətin yaranmasına dair xəbərdarlıq edib. Tramp həmçinin, Qvatemala, Salvador və Honduras hökumətlərini hədələyərək bildirib ki, əgər vətəndaşlarının qanunsuz miqrasiyasının məhdudlaşdırılması istiqamətində təsirli tədbirlər görməsələr, ABŞ-ın bu ölkələrə ayırdığı maliyyə yardımları dayandırılacaq. Tramp Mərkəzi Amerika ölkələrindən gələn “miqrant karvanı”nı ABŞ-ın Demokratlar Partiyası üçün biabırçılıq adlandırıb.

Bundan əlavə, vurğulanıb ki, Tramp 6 noyabrda Konqressə keçiriləcək aralıq seçkilərdə demokratlara qalib gəlmək üçün Mərkəzi Amerikadan axın edən miqrantların "cinayətkar" olması iddiasından istifadə edəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam