Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Türkiyədə casusluqda şübhəli bilinən holland “diplomat” ölkəsinə qaçıb

 

Niderland Krallığı Türkiyədə fəaliyyət göstərən diplomatlarından birini “təhlükəsizlik tədbiri” çərçivəsində geri çağırıb

 

Yenixeber.org: Bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, geri çağrılan diplomatı Niderland kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli bilinir. Onun Türkiyənin hüquq mühafizə orqanları tərəfindən istintaqa çəkiləcəyindən ehtiyatlanan Hollandiya hökuməti diplomatı geri çağırıb.

Bir müddət əvvəl “Daily Sabah” qəzeti bildirmişdi ki, Türkiyədə Krallığın hərbi kəşfiyyatına casusluq etməkdə şübhəli bilinən Hollandiya vətəndaşı saxlanılıb. İstintaqın məlumatına əsasən, “diplomat” adı altında gizlənən həmin şəxs Türkiyənin terrorçu İŞİD qruplaşması ilə əlaqə saxlaması barədə şaiyə yayıb.

Krallıq bildirib ki, həmin “diplomat” İstanbulda “regional tapşırıqları yerinə yetirib”.

“Diplomat artıq evdədir. Biz təhlükəsizlik baxımından hadisənin detalları barədə məlumat vermirik”, - Niderland XİN-in sözçüsü deyib.

 

Türkiyə KİV-in məlumatına əsasən, həmin şübhəli Türkiyə müxalifətinin görüşlərində Niderlandın Müdafiə Nazirliyini təmsil edib. Türkiyə hökuməti bu hadisə ilə bağlı istintaqa başlayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam