Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Toyota" şirkəti 5,8 milyon avtomobilini geri çağırır - Yastıqlara görə

 

Yaponiyanın avtomobil şirkəti “Toyota” təhlükəsizlik yastıqlarında olan problemə görə dünya üzrə 5,8 milyon avtomobili geri çağırır.

Xeberinfo.com:   Şirkətin yaydığı bəyanatda bildirilib ki, geri çağrılan avtomobillər 2000-ci və 2004-cü illərdə istehsal edilən, o cümlədən “Korolla” və “Yaris” modelləridir.

Ümumiyyətlə, ilk dəfə deyil ki, “Takata” şirkətinin təhlükəsizlik yastıqları ilə təchiz olunan avtomobillər geri çağırılır. Bundan əvvəl də bir neçə avtomobil istehsalçıları bəyan ediblər ki, “Takata”nın təhlükəsizlik yastıqları avtomobil hərəkətdə olan zaman öz-özünə açıla bilər. Bu qurğunun balaca dəmir detalları maşının salonuna uçub həm sürücüyə, həm də sərnişinlərə zərər verə bilər.

“Toyota”nın mətbuat xidmətinnin məlumatına görə, nöqsanı olan təhlükəsizlik sistemi böyük fəsadlara gətirib çıxara bilər.

Xatırladaq ki, "Toyota"  bundan əvvəl də bir neçə dəfə avtomobillərini geri çağırmaqla bağlı bəyanatlar yayıb. Bu maşınların istehsalı zamanı konstruktiv qüsurlar və səhvlərlə bağlı olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam