Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha 50 ingilis diplomat Rusiyadan çıxarılır

Daha 50 ingilis diplomat Rusiyadan çıxarılır

 

Böyük Britaniyanın daha 50 diplomatı Rusiyadan çıxarılır

 

Yenixeber.az Bu barədə məlumat Rusiyanın Xarici İşlər Nazirliyindən verilib. Qeyd edək ki, martın 4-də Britaniyanın Solsberi şəhərində Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı zəhərlənib. Britaniya tərəfi Skripalın zəhərlənməsində Rusiya dövlətini ittiham edib. Rusiya isə hadisədə əlinin olmasını inkar edir. Bu insidentlə bağlı Britaniyada diplomat adı altında fəaliyyət göstərən 23 rusiyalı kəşfiyyatçı ölkədən çıxarılıb, Rusiya ilə yüksək səviyyədə ikitərəfli əlaqələr dondurulub.

 
Rusiya Xarici İşlər Nazirliyi də martın 17-də Britaniyaya qarşı cavab tədbirlərini açıqlayıb. Bu tədbirlərə əsasən 23 britaniyalı diplomat "arzuolunmaz şəxs" elan edilib, onlara Rusiyanı tərk etmək üçün bir həftə vaxt verilib. Bundan başqa, Britaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb, "Britaniya Şurası"nın ölkədə fəaliyyəti dayandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam