“Suriyadakı vəziyyət qlobal müharibəni xatırlatmağa başlayır”
Yüksək diplomatik təkan kimi, ötən həftə Çenevrədə Con Kerri və Sergey Lavrov arasında danışıqlar marafonunun keçirilməsində əsas məqsəd, Suriyadakı qanlı döyüşlərin dayandırılmasıdır.
Xeberinfo.com: Danışıqlar hələ bitməyib, amma belə ehtimal etmək olar ki, gələn həftə razılaşma əldə olunacaq.
Bundan böyük kontrast təsəvvür etmək çətindir. Suriyada hər gün yeni bombalama, çarəsiz qaçışlar və sonu görünməyən dağıntılar yaşanır. Bu arada isə Con Kerri İsveçrədə Cenevrə gölünün sahilində yerləşən dəbdəbəli mehmanxanada rusiyalı həmkarı Sergey Lavrovla görüşür. ABŞ və Rusiya bir-birindən “işiq ili” qədər uzaqlıqda olan iki dünyadır. Ancaq nəhayət ki, onlar İsveçrədə görüşüblər.
Məhz Cenevrədə Suriyadakı döyüşlərin dayandırılmasına çağırış edilən irəliləyiş baş verməliydi. Çünki belə görünür ki, oradakı vəziyyət tamamilə nəzarətdən çıxıb. İyuldan indiyədək vəziyyət kəskin dəyişib və daha da pisləşib.
Suriya hökumət qüvvələri tez-tez müqavimət qüvvələrinə qarşı hücumlar edir və onlar keçən həftə 2012-ci ildən mühasirədə olan Darya şəhərini ələ keçiriblər. Hazırda dinc sakinlər məşəqqət içərisindədirlər və indi bu insanlar irəlidə onları nələrin gözləyəcəyini bilmirlər. Amerikanın dəstəklədiyi müxalifət gücləri, ”Cəbhat ən-Nusra” təşkilatı ilə birlikdə Hələbdə vuruşurlar. İŞİD-in cihadçıları ölkəni dağıtmaqda davam edirlər və mühasirəyə alınmış şəhərlərin dinc sakinlərinə göndərilən heç bir humanitar yardım öz hədəfinə gedib çatmır.
Türkiyə də döyüşərək Suriyanın şimalına daxil olub və onun əsas məqsədi kürdlərin irəliləməsini dayandırmaqdır. Eyni anda Ruiya isə İrandan hava hücumlarını keçirmək üçün baza kimi istifadə etməyə başlayıb ki, bu da ilk növbədə ABŞ və Səudiyyə Ərəbistanın narahat edir.
Suriyadakı vəziyyət qlobal müharibəni xatırlatmağa başlayır. Belə bir fəlakətli vəziyyətdə Con Kerri və Sergey Lavrov artıq neçə həftədir ki, müqaviləni cilalamaqla məşğuldurlar. Yayılan məlumatlara görə, bu müqavilə ümumi vəziyyətin yaxşılaşmasına və bir neçə addım irəliləməsinə yardım göstərəcək.
Birincisi - Burada söhbət bütün Suriya üzrə atəşkəs elan olunmasından gedir, çünki humanitar yardımlar, nəhayət, ehtiyacı olanlara çatmalıdır. Əgər bir-birinə düşmən olan qüvvələr, müvəqqəti olaraq silahı yerə qoymağa inandırıla bilsələr, onda Birləşmiş Millətlər Təşkilatının elçisi Steffana de Misturanın rəhbərliyi altında danışıqların başlanması üçün imkanlar yaranar. Bu isə irəliyə doğru yolun açılması demək olar. Axı, fevralda atəşkəs pozulduqdan sonra danışıqlar faciəli şəkildə hələ yaz aylarından əngəllənərək dayanıb.
İkinci addım – Bu, Rusiya ilə ABŞ-ın Suriyadakı İŞİD və digər terror təşkilatlarına qarşı mübarizədə hərbi əməkdaşlıq barəsində razılığa gəlmələridir. Bu ideyanı Con Kerri irəliyə sürüb və görünür ki, yaxın zamanlarda həyata keçəcək.
Keçən həftə Çenevrədə atəşin dayandırılması və hərbi əməkdaşlıq barəsində müqavilənin imzalanacağına ümid var idi. Lakin doqquz saatlıq danışıqlar marafonundan sonra, yorulmuş Con Kerri və Sergey Lavrov jurnalistlər qarşısına çıxaraq bəyan ediblər ki, hələlik razılıq əldə olunmayıb. İndi həll olunmamış bir neçə əsas məsələ qalır.
Birincisi – cihadçıları müqavimət qüvvələrindən necə ayırmalı?
İkincisi - ABŞ tələb edir ki, həm ruslar, həm də Suriya hökuməti dinc əhalinin yaşadığı əraziləri atəşə tutmasınlar. Rusiya bu məsələni indi müzakirə etmək istəmir.
Döyüşlərdə fasilə götürülməsinin əsas məqsədi ondan ibarətdir ki, nə vaxtkı müqavimət qüvvələri və rejim gücləri atəşi dayandırsalar, onda İŞİD və “Cəbhət ən–Nusra”nın cihadçıları bəlli olacaqlar. Bu isə Rusiya ilə ABŞ arasındakı hərbi əməkdaşlıq paktının köməyi ilə onların məhv edilməsini asanlaşdıracaq. Beləliklə, iki tapşrığı yerinə yetirmək mümkün olacaq. Atəşkəs zamanı humanitar yardımlar çatdırılacaq, ikincisi isə, Rusiya-Amerika əməkdaşlığı nəticəsində çihadçılar məhv ediləcək. Perspektivdə isə proseslər sülh danışıqları istiqamətində gedəcək.
Təcili surətdə və istənilən formada Suriya böhranında yol açılmalıdır. Bir müddətdən sonra amerikanlar tamamilə seçkilərə qərq olacaqlar və Suriyadakı hadisələr siyasətin kölgəsində qalacaq.
Bundan başqa, seçkilərdən sonra öz postunu tərk edəcək Con Kerri üçün Suriya müqaviləsi, amansız döyüşlərin dayandırılması ilə yanaşı, ABŞ xarici işlər nazirinin karyerasında, tortun üstündəki çiyələk ola bilər. Ancaq geniş miqyaslı sülh müqaviləsinə hələ ki, çox var.
(“Svenska Dagbladet” – İsveç)