Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Suriyada sülhə dair Rusiya ilə ilkin razılıq əldə edilib”

con-kerriABŞ dövlət katibi Con Kerri bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla Suriyada atəşkəsin ilkin şərtlərinə dair razılıq əldə edilib.

Xeberinfo.com:   Məlumata görə, Kerri bu barədə İordaniyanın paytaxtı Əmmanda keçirilmiş mətbuat konfansında elan edib.

Bundan öncə o, Lavrovla telefonla danışıb və əlavə edib ki, aralarında hələ də bəzi həll olunmamış məsələlər qalır.

Rusiya Daxili İşlər Nazirliyi Lavrovla Kerri arasındakı telefon danışığına dair bəyanat yayaraq bildirib ki, hər iki ölkənin xarici işlər nazirləri “BMT Təhlükəsizlik Şurasının terrorçu təşkilat kimi tanıdığı qruplaşmalara qarşı əməliyyatlar istisna olmaqla Suriyada döyüşlərə son qoyulması uğrunda birgə fəaliyyətlərini davam etdirəcəklər”.

Kerrinin sözlərinə görə, o, yaxın vaxtlarda Suriyada döyüşlərin dayandırılması şərtləri ilə bağlı razılaşmanın ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında müzakirə ediləcəyini gözləyir.

ABŞ dövlət katibi əlavə edib ki, Suriya münaqişəsinin hərbi yolla həlli mümkün deyil (BBC Azərbaycanca).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam