Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Rusiya ilə anlaşmanı pozur: Suriyaya dair əməkdaşlıq 20 gün çəkdi

Birləşmiş Ştatlar Rusiya ilə Suriyaya dair əməkdaşlığını dayandırır.

Xeberinfo.com:  Artıq ABŞ dövlət katibi Con Kerri bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovu məlumatlandırıb. Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib ki, bu gün tərəflər arasında telefon söhbəti olub: «Con Kerri rusiyalı həmkarına məlumat verdi ki, Rusiya Hələbdə döyüşləri dayandırmayana və atəşkəsə əməl etməyənə qədər ABŞ Suriya ilə bağlı əməkdaşlığı bərpa etməyəcək. Razılaşmanın pozulması Birgə İcra Mərkəzinə də aid ediləcək. Kerri Lavrovun diqqətinə çatdırıb ki, ABŞ və müttəfiqləri Hələbdəki vəziyyətə görə Rusiyanın məsuliyyət daşıdığını düşünürlər».

Xatırladaq ki, sentyabrın 9-da İsçveçrədə Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Suriya ilə bağlı çoxmərhələli plana dair razılığa gəliblər. Plana əsasən, sentyabrın 12-dən Suriyada atəşkəs rejimi elan olunub. Atəşkəs bir həftə davam edib və bu müddətdə tərəflər bir-birlərini onu pozmaqda günahlandırıblar.

Sentyabrın 19-da əvvəl müxaliflər, sonra isə hökumət qüvvələri döyüşlərin bərpa olunduğunu elan edib. Bununla yanaşı, Moskva və Dəməşq ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı Suriya ordusunun mövqelərinə zərbələr endirməkdə ittiham ediblər. Həmin gün Rusiya bəyan edib ki, Əsəd ordusunun Suriyada atəşkəs rejiminə əməl etməsi mənasızdır. Çünki qarşı tərəf atəşi davam etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam