Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"Türkiyənin mövqeyi dəyişməzdir"

"Türkiyənin Suriya məsələsində mövqeyi dəyişməzdir və konkretdir".

Xeberinfo.com:  "Anadolu" xəbər verir ki, bunu ölkənin baş naziri Binali Yıldırım Çankaya köşkündə Nazirlər Şurasının toplantısından sonra verdiyi açıqlamada deyib.

Baş nazir Suriya məsələsi ilə bağlı danışaraq, Türkiyənin bu məsələdə mövqeyinin dəyişməz olduğunu bir daha ifadə edib: "Suriya bu gün 6 ildir davam edən vətəndaş müharibəsini yaşayır və gücünü günbəgün zəiflədir. Milyonlarla insan, məsum Suriya vatandaşı ölkələrini tərk etmək məcburiyyətində qalıb, 500 min həddində məsum insan bu mənasız müharibədə dünyasını dəyişib. İndi axan qanın daha çox olmaması, Suriyada sülhün və əmin-amanlığın yenidən bərpa olunması bizim üçün ən önəmli məsələdir".

Bütün tərəflərin bir araya gəlib Suriyada axan qanın dayandırılması və yenidən bütün suriyalıların təmsil olunacağı hakimiyyətin formalaşdırılmasının Türkiyə üçün əsas şərt olduğunu vurğulayan B.Yıldırım deyib: "Bu mənada bizim önəmli şəkildə üzərində dayandığımız məsələ çox konkretdir. Suriyanın bölünməməsi, ərazi bütövlüyünün qorunması əsasdır və orada hər hansı etnik qrupa şərait yaradılmasına icazə verilməyəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam