Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Hələbi alanadək dayanmaq yoxdur"

Əsədin sözçüsü:

Buteyna Şaban deyib ki, beş ildir davam edən vətəndaş münaqişəsinə diplomatik həllin tapılacağına inanmır

 

Xeberinfo.com:  Suriya dövlət başçısı Bəşər Əsədin sözçüsü bildirib ki, son hücum əməliyytında məqsəd Hələb şəhərini almaq və Türkiyə ilə sərhədin təhlükəsizliyini təmin etməkdir.
Dəməşqdəki ofisində Reuters agentliyinə müsahibə verən Buteyna Şaban deyib ki, beş ildir davam edən vətəndaş münaqişəsinə diplomatik həllin tapılacağına inanmır. O, atəşkəs çağırışlarının terrorun bitməsini istəməyən və üsyançıları xilas etməyə çalışan dövlətlərdən gəldiyini deyib.
Rusiyanın hava zərbələri, habelə İran və Livan Hizbullahının dəstəyinə arxalanan Suriya ordusu son həftələrdə Hələb civarında əhəmiyyətli irəliləyişə nail olub.
Hələb hazırda silahlı üsyançılar və hökumətin nəzarətində olan zonalara bölünmüş vəziyyətdədir.
Hökumət qüvvələrinin son hücumları beş ildir davam edən münaqişədə əhəmiyyətli dönüş yaradıb və Suriya silahlı qüvvələri üsyançıların əsas təchizat mənbəyi olan Türkiyə sərhədinə yaxınlaşıb.
Prezident Əsədin sözçüsü Şaban deyib ki, hərbi əməliyyatlar “üç ildir üsyançıların nəzarətində olan şəhər və kəndlər azad olunmayınca və Hələb terrordan təmizlənməyincə” dayanmayacaq.
“Münaqişənin əsas baiskarı Türkiyədir”
Şabanın dediyinə görə, hərbi əməliyyatlarda əsas məqsəd Türkiyə ilə sərhədin möhkəmləndirilməsidir, çünki “Türkiyə terrorçuların əsas mənbəyi və keçid nöqtəsidir”.
BMT bildirib ki, Suriya hökumət qoşunlarının hücumu Hələbin tamamilə mühasirəyə alınması və qiyamçıların nəzarətində olan hissələrdə ilişib qalmış 300 min insanın təchizat yollarının kəsilməsi ilə nəticələnə bilər.
Buteyna Şaban deyib ki, Türkiyə qaçqın böhranından Avropanı şantaj etmək üçün fürsətlənib. O bildirib ki, Suriyada 11 milyon insanın yurd-yuvasından didərgin düşməsinə və 250 min insanın münaqişədə həlak olmasına əsas səbəb Ankaranın “Osmanlı iştahasıdır”.
Əsədin sözçüsü deyib ki, hökumətin hücum əməliyyatları dövlət sərhədlərinin tam nəzarətə alınmasına və Türkiyənin münaqişənin əvvəlindən bəri göndərdiyi terrorçuların dayandırılmasınadək davam edəcək.
Qüvvələr nisbəti dəyişib
Suriya və onun müttəfiqləri şimalda Türkiyə ilə sərhədin yaxınlığında olan Hələb və cənubda İordaniya sərhədinə yaxın Dera vilayətində əhəmiyyətli irəliləyişə nail olublar.
Suriya ordusu Hələbin şərqində İD-in nəzarətində olan ərazilərdə də irəliləyib.
Bu arada Cenevrədə Suriya münaqişəsinə dair sülh konfransı başlanmadan təxirə salınıb.
BMT-nin xüsusi elçisi Staffan de Mistura bu ayın sonlarında görüşün yenidən başlayacağını bildirsə də, diplomatlar Suriya hökumət qoşunlarının hücumda olduğu bir vaxtda danışıqların keçirilmə şansının çox az olduğunu söyləyiblər.
Üsyançılar danışıqların başlanması üçün bombardmanın dayandırılmasını şərt kimi irəli sürsələr də, rəsmi Dəməşq danışıqlar üçün heç bir şərt qəbul etmədiyini bildirib.
“Beynəlxalq iradə yoxdur”
ABŞ-ın atəşkəs planı işləyib hazırlamaq cəhdlərində olduğu bir vaxtda, beynəlxalq güclərin bu həftənin sonunda diplomatik səyləri canlandırmaq məqsədilə bir araya gələcəkləri gözlənilir.
Suriya hökumət qoşunlarının hücumları aralarında əl-Qaedaya bağlı ən-Nüsra cəbhəsinin də olduğu islamçı qruplar və ABŞ-dan dəstək alan Azad Suriya Ordusu ilə qarşıdurmada rəsmi Dəməşqin mövqeyini möhkəmlədib.
Suriya hökuməti bütün bu qruplaşmalara “terrorçu” damğası vurub.
Əsədin sözçüsü xanım Şaban deyir ki, ortalıqda beynəlxalq iradə olsaydı, bu münaqişə illər öncəsi bitə bilərdi.
"Suriyada terroru dəstəkləyən, ona silah və maddi yardım göstərən dövlətlər bu köməyə son vermədiklərinə görə diplomatik səylər də nəticə vermir” – deyib sözçü.
Şaban bildirib ki, atəşkəs təklifini verənlər qiyamçıları xilas etməyə çalışanlardır (BBC).

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam