Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Demokratiya bütün dünyada geriləyir”


 

Xeberinfo.com:   «Bəzən bir-iki hadisə dünyada siyasi əhvalı dəyişə bilər. 1990-cı ilin fevralında Nelson Mandelanın həbsdən buraxılması «Berlin divarı»nın çöküşündən üçcə ay sonraya təsadüf edirdi. Bu iki hadisə dünyada demokratları və liberalları həvəsləndirdi. Təəssüf ki, indi beynəlxalq əhval-ruhiyyə elə də nikbin deyil, demokratiyayaçox da dostyana yanaşmırlar. Bunun əsas səbəbi 2011-ci ilin «Ərəb baharı»ndan sonra daha çox qan tökülməsi və anarxiyadır. Bütün dünyanın avtokratları, hamıdan artıq da Rusiyayla Çin Yaxın Şərqi göstərir, yetişməmiş demokratikləşmənin təhlükələrindən ağızdolusu söz açırlar»

Müəllifin sözlərincə, 1990-cı illərin əvvəlinin ruhunu tutanlar Mandela, Çexoslovakiyada Vatslav Havel, həmçinin Rusiyada Mixail Qorbaçov və Boris Yeltsin kimi liberal islahatçılar idi. Bu günün ideyasını həyata keçirənlər isə Rusiya və Türkiyə prezidentləri –Vladimir Putin və Rəcəb Tayyib Ərdoğandır. Hələ respublikaçıların prezidentliyə namizədi olmağı bacarmış Donald Trampı demirik.

İndinin demokratlardan ötrü pis dönəm olmasını rəqəmlər də təsdiqləyir. «Freedom House» təşkilatı son 10 ildə dünyada siyasi azadlıqlarda geriləməni vurğulayır.

Yaxın Şərq dünyanın ən az azad olan hissədir. Getdikcə Avropaya da təhlükə yaranır. Müəllif demokratiya problemlərinin dünyanın ən azad ölkəsi sayılan Birləşmiş Ştatlara da ayaq açdığını qeyd edir. «Hətta cənab Tramp seçkini uduzsa belə, ABŞ demokratiyasının nüfuzuna, adına böyük zərbə vurub». (“Azadlıq” radiosunun xülasəsi)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam