Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Rusiya və Almaniyanın əməkdaşlığı zəruridir"

 

Sovet İttifaqının son prezidenti Mixail Qorbaçov Rusiya və Almaniya arasında əməkdaşlıq üçün bütün imkanlardan istifadə etməyin zəruriliyindən danışıb. 
"Xeberinfo.com":   Avropa.info xəbər verir ki, Qorbaçov Moskva və Berlinin sözünün dünyada böyük ağırlığa sahib olduğunu və hər iki ölkənin Ukrayna böhranının həllində mühüm yer tuta biləcəyini bildirib. 
Qorbaçov Fondundan verilən açıqlamada 2015-ci ilin may ayında Berlində alman siyasətçi Vilfred Şarnaglın Rusiya-Almaniya münasibətlərindəki aktual problemlərdən bəhs edən "Uçurumun eşiyində" adlı kitabının nəşr olunduğu bildirilib. Müəllifin və nəşriyyatın xahişi ilə Qorbaçov bu kitabın müqəddiməsini yazıb.
Qorbaçov yazdığı müqəddimədə Rusiya və Almaniya tarixinin on illərə deyil yüz illərə söykəndiyini vurğulayaraq bu müddət içində iki ölkə arasındakı əlaqələrin çox hissəsinin yaxşı qonşuluq olaraq xarakterizə oluna biləcəyini bildirib. 
Rusiya siyasətçisi iki ölkə arasında qarşıdurmaların da yaşandığını xatırladaraq "Ən faciəli səhifə, Hitler rejiminin başlatdığı II Dünya Müharibəsi oldu" ifadəsini işlədib. 
"Mərhəmətsiz müharibə və böyük qurbanlar haqqında xatirə bu ölkələrin qarşısına bu günlərdə insan tələfatının qarşısını almaq öhdəliyini qoyur. Sülh və əməkdaşlıq üçün ənənəvi olmayan yollara belə əl atmalı və bunlardan istifadə olunmalıdır. İyirmi beş il əvvəl bunu bacardıq. Bu bizim müştərək uğurumuz. Bu uğurun mühafizə olunması lazımdır."
O dövrdə soyuq müharibəyə son verməyi və Almaniyanın birləşməsi məsələsində razılıq əldə etdiklərini xatırladan Qorbaçov II Dünya Müharibəsindən sonrakı illərin sakit olmadığını, ancaq iki ölkənin böhranın həllinə kömək edəcək gücə sahib olduğunu söyləyib. 
 
Qorbaçov daha sonra sözlərinə belə davam edib:
"Ukrayna böhranı, dünyadakı digər kəskin problemlər kimi, insan tələfatına gətirib çıxarır. Rusiyanın sözü, eynilə Avropa Birliyi və dünyada mühüm rol oynayan Almaniyanın sözü kimidir. Bu iki ölkə, böhranın həllinə kömək edə bilər." 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam