Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putin “soyuq müharibə” tarixini yenidən yazır

 

«Avropa Rusiya ilə necə davranmalıdır» debatının getdiyini bir vaxtda böyük bir ildönümü də qeyd olunur: bu həftə anti-Hitler koalisiyasının Yalta konfransından 70 il keçir. Adətən deyirlər ki, böyük üçlük Avropanı Yaltada parçaladı».

"Xeberinfo.com":  Məlumata görə, bunu «The Guardian» qəzetində Natalie Nougayrède yazır.
«Bu gün Ukrayna müharibəsi Avropada «nüfuz zonaları»nı geri qaytarıb. İronik olsa da, Avropa və Rusiya arasında hazırda gedən geosiyasi mübarizə məhz vaxtilə Yalta konfransının keçirildiyi ölkənin ərazisində baş verir», – müəllif yazır.
«Ötən ilin noyabrında Putin Rusiya barədə deyib ki, «biz özümüzə qarşı «dəmir pərdə»nin fəlakətini anlayırıq. Bu yolla getməyəcəyik, heç kəs ətrafımızda «dəmir pərdə» qura bilməyəcək». Bu təzə söhbət mənə «Əlvida, Lenin!» filmini xatırlatdı. «Berlin divarı»nın uçurdulması zamanı iflic olmuş Şərqi Almaniyadan olan kommunist qadının uşaqları ananın ağrısını azaltmaq üçün yalandan bir televiziya xəbəri düzəldirlər – orada Qərbə qaçan şərqi almaniyalılar ADR-də sığınacaq axtaran qərbi almaniyalılar kimi təsvir olunur.
Putin də Rusiyanı təcavüzkar kimi deyil, qurban kimi təqdim edir. Avropada nüfuz zonası yaratmaq istəyir və «soyuq Müharibə»dən sonra Qərbin Rusiya ilə pis davrandığını deyir.
Tarixçi Mary Elise Sarotte yazıb ki, NATO genişlənməyəcəyinə heç vaxt söz verməyib. Qorbaçov Almaniyanın birləşməsinə dair Corc Buş və Helmut Kohl-un hazırladığı şərtləri ona görə qəbul etdi ki, çökməkdə olan sovet iqtisadiyyatına maddi yardım lazım idi. Sonradan NATO, sadəcə, böyüdü və gələcək üçün vahid Avropa-Rusiya çərçivəsi hazırlanmadı».
Müəllifin fikrincə, Almaniya və Fransa 2-ci Dünya müharibəsindən sonra barışa bildi, çünki tarixə ümumi dəyərləndirməni bölüşürdülər. Ancaq Rusiya və Avropanın keçmişə dair ümumi anlaşmanı paylaşması üçün onların arasında davamlılıq olmalıdır. Ancaq ən əsası da rusiyalılar özlərinə vurduqları yaralarla barışmalıdırlar. Putinin Moskvanın mərkəzində QULAQ qurbanlarına abidəni hələ də rəsmi ziyarət etməməsi maraqlı faktdır:
«Bu yaxınlarda Rusiya Dumasının sözçüsü deyib ki, 1990-cı ildə Qərbi və Şərqi Almaniyanın birləşməsi səsə qoyulmalı və pislənməlidir. Putin-in dünyasında – köhnə sovet zarafatında deyildiyi kimi – gələcək müəyyəndir, keçmiş isə gözlənilməzdir».

Azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam