Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

NYT: "Əks-hücum uğursuz olsa, Kiyevə dəstək dayanacaq"

"Ukraynaya Rusiya ilə münaqişəsində uğur qazanmaq şansı verən "pəncərə" həmişəlik açıq qala bilməz". Bunu Amerikanın məşhur “The New York Times” nəşri yazıb.
Yenixeber.org: Məqalə müəllifinin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğursuz olarsa, Kiyev müttəfiqlərinin dəstəyindən məhrum ola bilər.
Cəbhədə həlledici qələbələr əldə olunmasa, Qərbin Ukraynaya yardımları azalacaq. Belə olan halda isə Kiyev münaqişəni dayandırmaq və ya dondurmaq üçün ciddi danışıqlara başlamaq riski və artan təzyiqlərlə üz-üzə qala bilər.
Məqalədə o da vurğulanır ki, Ukrayna Silahlı Qüvvələrinin uğursuz hücumu baş versə, bundan sonra ordunun potensialını yenidən artırmaq mümkün deyil. Çünki artıq növbəti təkrar etaplar üçün Qərbin lazımi ehtiyatları qalmayıb. Həmçinin yerli istehsal gələn ilə qədər Kiyevin tələbatını ödəyə bilməyəcək.
Xatırladaq ki, bundan öncə "Politico" nəşri də bir çox ABŞ rəsmilərinin Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğuruna şübhə etdiyini yazmışdı. Rəsmilərin fikrincə, Rusiya qoşunları Ukraynada o qədər kök salıblar ki, onlara müqavimət göstərmək, demək olar ki, mümkün deyil.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam