Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

"Qara Dəniz Donanması Putinin ümidlərini doğrultmadı" -Politico

"Qara Dəniz Donanması Putinin ümidlərini doğrultmadı" -    Politico  
Ukrayna hərbçiləri Rusiya Federasiyasının Qara dəniz donanmasını ikinci dərəcəli qüvvəyə çevirdilər. Ukrayna Silahlı Qüvvələri bir neçə gəmini, o cümlədən “Moskva” kreyserini batırmağa nail olub.
Yenixeber.org: Məqalədə qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə başlayarkən müvəqqəti olaraq işğal olunmuş Krımda yerləşən donanmaya arxalanıb. Gəmilərdən "Kalibr" qanadlı raketləri ölkənin dərinliklərindəki hərbi və mülki obyektlərə aktiv şəkildə buraxılaraq Ukrayna limanlarına girişi əngəlləyib. Bundan əlavə, Odessanı dəniz desant qüvvələrinin hücumu ilə hədələdilər.

Kiyev müharibənin gedişində bir neçə rus gəmisini batırdıqdan sonra təşəbbüsü ələ keçirdi. Hətta Krımdakı Saki aviabazasında yerləşən Qara Dəniz Donanmasının aviasiya polkuna da ciddi ziyan dəyib.

Nəşrin məlumatına görə, donanma Putinin ümidlərini doğrultmayıb və Ukrayna hücumlarından yayınmaq üçün istər limanlarda, istərsə də sahildən uzaqda müdafiə mövqeyi tutub. Amma sualtı qayıq ekipajları Ukraynanı atəşə tutmağa davam edir.

Yazdan bəri Qara Dəniz Donanmasının problemləri zəif rəhbərlik, köhnəlmiş avadanlıq və təkəbbür səbəbindən daha da kəskinləşdi. Hərbi uğursuzluqlar hətta donanmanın komandiri admiral İqor Osipovun istefasına səbəb olub. Bundan əlavə, indi Rusiya donanması praktiki olaraq köməksiz hala gəlib və bir neçə ay ərzində heç bir tədbir görülməyib.

Bundan əlavə, müəlif qeyd edir ki, “Rusiya Qara Dəniz Donanması məğlub edilib və hazırda ondan yalnız qanadlı raketlərin dövri hücumları ilə müdafiə qüvvəsi kimi istifadə olunur”. ("Politico" nəşri )

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam