Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İşıq idarəsində saxta “cərimə biznesi” - ŞOK İDDİA

Sabunçu İşıq idarəsinin saxta “cərimə biznesi”

 

Məskunlaşmamış qaçqın ailəsinin işıği kəsilib

Xeberinfo.com:  Kommunal xidmət sahələrində baş verən özbaşınalıqlar gündəmin başlıca qonusu olaraq qalır. Özəlliklə təbii inhisar sahələrinin - “Azərişıq”, “Azəriqaz”, “Azərsu”, “Aztelekom”un işindəki nöqsanlar, əsassız, şişirtmə ödəniş tələb edilməsi insanların hökumətə, hakimiyyətə olan inamını heçə çıxarır. Şişirtmə ödənişləri Konstitusiya qadağan etdiyindən xidmət qurumları yeni - yeni qaydalar , üsullar icad etmək yolunu tuturlar. Ən geniş yayılmış üsullardan biri cərimə yazılmasıdır. Vətəndaşı, istehlakçını elə ağlagəlməz pozuntuda suçlayırlar ki, “xidmətçi”lərin “cərimə biznesi”nə heyran qalmaya bilmirsən.

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi ndəki 44 A saylı evin 4 - cü mənzilində sığınacaq tapan Ermənistanın Masis rayonundan məskunlaşmamış qaçqın statusuna malik Məmmədovlar ailəsinin başçısı 5 il qabaq - 2011-ci ildə çörək pulu qazanmaq adına Rusiyaya üz tutanda Sabunçu işıq idarəsinin üç əməkdaşı gecə ilə qaçqının evinə “pənah gətirib” üç körpə uşaqlı ailədən “görüm - baxım” edilməsini istəyiblər. Təbii ki , ailə qəfil gecə “qonaqlarına” qonaqpərvərlik göstərməkdən imtina edib və buna görə cəzalanıb. 

“İşıqçılar” heç bir şahid- filan olmadan qaçqın ailəsinin xanımına nə az, nə çox, düz 800 manat (1000 dollar ) cərimə tətbiq ediblər ki, həyət evinə gizlin xətt çəkib. 5 ildə nə bu gizlin xətt tapılıb, nə də bu gizlin gecə əməliyyatının qanunsuz olmasına baxılıb. Elə 5 ildə hər ay qaçqın ailəsini saxta cəriməni ödəməyə işığı kəsməklə şantaj ediblər. Əli hər yerdən üzülən zavallı qaçqın ailəsi çıxış yolunu məhkəmədə görüb və qaçqın - istehlakçı hüququnun pozulması ilə bağlı Sabunçu rayon məhkəməsində dəyən maddi - mənəvi ziyanın ödənməsilə bağlı iddia qaldırıb. Hakim Elşən Kazımov iddianı icraata götürsə də, cavabdeh Sabunçu işıq idarəsinin təzyiqi ilə aidiyyatı üzrə (??) Nəsimi rayon məhkəməsinə göndərib. Özü də şikayət vermə müddətini gözləmədən. 

Buradaca onu vurğulayaq ki, Mülki Prosessual Məcəllənin 36-cı maddəsinə görə istehlakçı hüququnun müdafiəsilə bağlı iddialar yaşayış yeri üzrə verilə bilər və məhkəməni seçmək hüququ iddiaçıya məxsusdur. Beləcə cavabdeh özbaşınalığına süründürməçilik yolu ilə haqq qazandırmaq yolunu tutur . Nəsimi məhkəməsi də işə baxmaqdan imtina edib ərizəni aidiyyatı üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə (1 BİİM ) göndərir (??). 1 BİİM haqlı olaraq ərizəni yenidən geri Nəsimi məhkəməsinə qaytarır. Əlacsız qalan Nəsimi məhkəməsinin hakimi Xumar Mərdanova iddiaçı xanımın həyat yoldaşını çağırıb onlara yazılan cərimənin əsassız olduğunu, ümumiyyətlə qaçqınlaşmamış məskuna belə cərimənin yazılmasının yolverilməzliyini bildirib və evin yiyəsinin iddia qaldırmalı olmasını vurğulayaraq cəriməyə uğradılan şəxsdən iddiadan imtina etməyi təklif edib. Təbii ki, bu təklif qəbul olunmayıb. Axı, evin yiyəsi orada yaşamır, evi sığınacaq kimi verib və cərimə də həmin qaçqına yazılıb. Yadıma deputat Yevda Abramovun “Azərişıq”ın Quba şöbəsinin ölüyə borc yazması barədə dedikləri düşdü. Sabunçuda da buna oxşar olaylar baş verir. Sadəcə burada yaşayış olduğundan işıqpulu borcunu cərimə əvəzləyib. Nə isə, qonudan uzaqlaşmayaq. 

İddiaya baxılmasa da, saxta cərimə aktının mübahisələndirilməsi məhkəmədə başa çatmayana qədər işığın kəsilməsinə qadağa qoyulub. Lakin bu qadağa hər yeni işçi gəldikcə götürülüb və qaçqından cərimə borcunu ödəmək tələb olunub. Ali dövlət, hüquq orqanlarına, Ombudsmana edilən müraciətlərə cavab olaraq Nəsimi məhkəməsi guya işə baxıldığını bildirib və iddiaçı xanımın qol çəkib qərarı götürdüyü vurğulanıb. Bunun yalan olmasını elə iddiaçı xanım açıqlayıb: axı bu qadın heç evdən çıxıb məhkəməyə getməyib, bu məhkəmənin harada olduğunu da bilmir! Necə hansısa akta qol çəkib götürə bilər? Özü də tutaq ki , iddiaçı tərəf qol çəkib bunu götürüb , bəs axı bunun əsli məhkəmədə qalmalıdır, cavabdeh tərəfə verilməlidir və s. və i.a. Məhkəmə Hüquq Şurasının araşdırma predmeti olan bu “məhkəmə təminatı”ndan ziyan çəkən yenə də iddiaçı qaçqın ailəsidir. Yenə də Sabunçu işıq idarəsi körpə uşaqlı ailənin işığını cərimə borcu adına kəsib. Özü də bu yol rayon işıq idarəsi müdirinin göstərişilə. Hər halda işığı dirəkdən açıb atan xidmətçi belə deyib...

Vurğuladıqlarımız ölkədə xidmət səviyyəsinin hansı durumda olmasını, daha doğrusu xidmətin olmamasını, özbaşınalıqla üzləşən istehlakçının hüququnu heç bir qurumun qorumamasını açıq ortaya qoyur. Bir normativ - hüquqi aktı deməsək, olmaz. Mülki Məcəllənin 373-cü maddəsində borcların ödəmə müddətinin 3 ildən çox ola bilməzliyi təsbit olunub. Cərimələrin alınma vaxtı isə 1 ildir. Bu müddətlərdən sonra borclar silinir. Silinirmi? 5 ildir qaçqın məhkəmə yolu ilə də cəriməni sildirməkdə aciz qalıb...

 

Politika.Az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam