Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Azəriqaz”ı SOCAR-dan ayırırlar?..- AÇIQLAMA

 

Yenixeber.org: “Azəriqaz” İstehsalat Birliyinin SOCAR-ın tərkibindən ayrılması ilə əlaqədar məlumat yayılıb. Bununla bağlı bir ay əvvəl qərar verildiyi bildirilir. Bəzi səlahiyyətlərin “ASAN Xidmət” mərkəzinə verilməsinin də Birliyin SOCAR-ın tərkibindən ayılmasına gətirib çıxardığı iddia olunur. Məhz təxminən bir ay əvvəl bu səbəbdən Birliyin loqosunda dəyişiklik edildiyi bildirilir.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a yayılan məlumatların əsassız olduğunu deyib:

“Loqotip şirkətin əsas fəaliyyət istiqamətini-ölkənin təbii qazla təminatçısı olduğunu bildirən korporativ elementdir. Loqotipdə təqdim olunan element qaz plitəsində yanan alov dilini əks etdirir. Onun göy rəngdə olması çatdırılan məhsulun “mavi yanacaq” olduğunu, habelə, məhsulun saflığını, təmizliyini və yüksək keyfiyyətini bildirir.

Onu da qeyd edim ki, ölkə ərazisində təbii qazın paylanması və satışını həyata keçirən “Azəriqaz” İstehsalat Birliyi müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi, kommunikasiya səmərəliliyini artırmaq üçün əlaqə vasitələrini genişləndirməkdə davam edir.
“ASAN Kommunal” və “ASAN Xidmət”də müştərilərinə 17 növdə xidmət göstərilir.
Cari ilin ilk yarısında mərkəzlər vasitəsilə 58 409 müraciət daxil olub və icrası tam təmin edilib. "Azəriqaz" İB-nin özünəməxsus əlaqə vasitələrinin geniş tətbiq olunması nəticəsində həmin əlaqə vasitələrinin xüsusi loqotip və üslubla rəmzləşdirilməsinə zərurət yaranıb”.

İ.Kərbalayev bildirib ki, vahid korporativ üslub “Azəriqaz”ın hazırkı mövcud strukturuna müvafiq tətbiq olunacaq, heç bir struktur dəyişikliyinə səbəb olmayacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam