Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Ağac "soyqırımı"na görə şok cərimə

 

    Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi ağacların kəsilməsi faktı üzrə cərimə edilib.

"Xeberinfo.com": Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, nazirliyin Dövlət Ekspertiza İdarəsinə 11 iyul 2014-cü il tarixində "Bakı Abadlıq Xidməti" MMC tərəfindən Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22B və Asəf Məhərrəmov küçəsi, 2/51 ünvanlarında abadlıq işlərinin aparılması məqsədilə ərazidə təhlükə yaradan ağaclara müvafiq rəyin bildirilməsi üçün müraciət edilib. 

Dövlət Ekspertiza İdarəsi tərəfindən həmin ərazidəki iri gövdəli ağacların budanmasına rəy verilib. Lakin 12 avqust 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həmin ünvanda ağacların qanunsuz olaraq kəsilməsi barədə şikayət ərizəsi daxil olub. Şikayət nazirliyin əməkdaşları və İDEA kampaniyasının nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəyinə əməl olunmadan ümumilikdə 5 ədəd ağacın Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən kəsilməsi faktı aşkar olunub. Faktla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi İnzibati Xətalar Məcəlləsinin 92.2-ci maddəsinə müvafiq olaraq hüquqi şəxs qismində 40 min manat məbləğində cərimə edilib.

Hazırda ərazidəki digər ağaclar ETSN-in aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Tətbiq edilmiş cərimənin ödətdirilməsi üçün müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonu ərazisində nadir ağacların kəsilməsinə kəskin reaksiya verib.

Heydər Əliyev Fondu yaydığı məlumatda bildirib ki, kütləvi informasiya vasitələrində Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə informasiya gedib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olublar. 

Artıq qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dayandırılıb.

Dövlət nümayəndələri də ərazidə olublar. 

Hadisə ilə bağlı ciddi araşdırmaya başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam