Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

MEDVEDÇUKUN VİLLASINDA NƏLƏR AŞKARLANDI? -Qızıldan at heykəli, tarixi sənət əsərləri... + VİDEO

Ukrayna Daxili İşlər Nazirliyi xüsusi xidmət orqanları tərəfindən həbs olunan Putinin “kirvəsi”, qızının “xaç atası”, Ukraynanın rusiyameylli “5-ci kolon”unun əsas fiquru sayılan və vətənə xəyanət maddəsilə ittiham olunan Viktor Medvedçuka aid hələ tikintisi tam başa çatmayan villanın görüntülərini yayıb.

Yenixeber.org: DİN başçısının müşaviri Anton Qeraşşenkonun paylaşdığı videoda Medvedçuk ailəsinə məxsus, dəyəri milyonlarla dollarla ölçülən tarixi sənət əsərləri, rəsmlər, qızıldan hazırlanmış heykəllər, qab-qacaq, bahalı geyim əşyaları, şubalar və s. yer alıb.

Videoya şərh verən Qeraşşenko yazıb ki, vaxtilə Ukraynanın xalq tərəfindən qovulmuş prezidenti Viktor Yanukoviçin villasında belə bu qədər qiymətli əşyalar olmayıb.

Xatırladaq ki, Medvedçuk Ukraynanın ən varlı adamlarından biri sayılır. Onun topladığı varidatda Ukrayna xalqından oğurladığı sərvətlərlə yanaşı, Putinlə yaxınlığı sayəsində Rusiyadan qopardığı milyonların da payı var.(azpolitika)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam