Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

RUSİYA MEDVEDÇUKUN HƏBSİNƏ İNANMIR -Peskovdan gülünc açıqlama...

Ötən gün Ukraynadakı müharibə fonunda Putinin “kirvəsi”, qızının “xaç atası” və Ukraynanın rusiyameylli “5-ci kolon”unun əsas fiquru sayılan, vətənə xəyanət maddəsilə ittiham olunan Viktor Medvedçukun ələ keçirilməsi gündəmdə “bomba effekti” yaratdı. 

Yenixeber.org: Bu hadisənin əhəmiyyətini göstərən amillərdən biri budur ki, müharibə başlayan gündən etibarən “ev dustaqlığı”ndan qaçaraq gizlənən Medvedçukun həbsi xəbərini ilk olaraq, şəxsən Prezident Volodimir Zelenski özü paylaşıb.

Son zamanlar zatən ziddiyyətli bəyanatları ilə hamını təəccübləndirməyi bacaran Kreml özünün Ukraynadakı 1 nömrəli adamının həbsinə də qeyri-müəyyən münasibət bildirib.

Putinin sözçüsü Dmitri Peskov Medvedçukun həbsi xəbərinə şübhə ilə yanaşdıqlarını deyib: “Bunun nə dərəcədə həqiqətə uyğun olduğu barədə heç nə deyə bilmərəm. Ukraynadan o qədər peşəkar və qeyri-peşəkar feyk xəbərlər gəlir ki, ilk instansiyadan bu xəbəri həqiqət kimi götürmək doğru olmaz... İndi hər şeyi yoxlamaq lazımdır”.

Bu cavabdan da göründüyü kimi, Moskva hələ Medvedçukun həbsinə adekvat reaksiya vermək iqtidarında deyil və belə qənaət yaranır ki, Kreml bu hadisəni qətiyyən gözləmirdi. Ən azı ona görə ki, Medvedçukun ev həbsindən qaçırılmasının Rusiya xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyi birmənalıdır və son 48 gün ərzində də onu qoruyan və gizlədən elə həmin xüsusi xidmətlər olub. Ötən gün Medvedçukun ələ keçməsi isə Rusiya xüsusi xidmət orqanlarının yarıtmazlığının növbəti sübutudur.


Zelenski bildirib ki, Medvedçuk Ukrayna Ordusuna aid hərbi geyimdə ölkə sərhədini keçmək istəyərkən yaxalanıb. Həmin vaxta qədər isə Ukrayna təhlükəsizlik və xüsusi xidmət orqanları onun axtarışı ilə məşğul olub və çox güman ki, Medvedçukun ölkədən çıxarılması vaxtını və yerini bilib. Onun sərhəddə ələ keçirilməsi də bundan xəbər verir. Lakin maraqlıdır ki, ortada təkzibolunmaz faktlar, fotolar və Ukrayna Prezidentinin rəsmi bəyanatı varkən, Kreml bu xəbəri də Buça qətliamı və digər öz cinayətləri kimi, feyk olaraq qələmə verməyə çalışır. Həmçinin, belə qənaət yaranır ki, Putin hələ bu həbslə bağlı hansı mövqe tutacağını müəyyənləşdirə bilmədiyi üçün Peskov çıxılmaz vəziyyətdə qalaraq, sözügedən hadisəyə belə gülünc münasibət bildirmək məcburiyyətində qalıb.

Yeri gəlmişkən qeyd edək ki, artıq Zelenski Medvedçukun əsir götürülmüş ukraynalı hərbçilərlə dəyişdirilməsi təklifilə çıxış edib. Müharibəni “Özümüzünküləri atmırıq” devizi ilə başladan, lakin Ukrayna çöllərində yaralı və məhv edilmiş rus əsgərlərini qoyub qaçan Kremlin Medvedçukun dəyişdirilməsi təklifinə münasibəti yəqin ki, yaxın zamanda məlum olacaq. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam