Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Medvedçukun əmlaklarına həbs qoyulub -SİYAHI


Lvovun Lıçakovski Rayon Məhkəməsi Ukrayna Dövlət İstintaq Bürosu və Baş Prokurorluğunun təqdimatı əsasında Ukraynanın xalq deputatı Viktor Medvedçukun və onun həyat yoldaşı Oksana Marçenkonun daha 154 daşınar və daşınmaz əmlakına həbs qoyub.
Yenixeber.org: Bu barədə Ukrayna Dövlət İstintaq Bürosu məlumat yayıb.

Həbs edilən əmlakın siyahısına 26 avtomobil, 30 torpaq sahəsi, 23 ev, 32 mənzil, 17 parkinq yeri və bir motorlu yaxta daxildir.
Viktor Medvedçuk və ya onun həyat yoldaşının olan 25 şirkətin nizamnamə kapitalındakı paylarına da həbs qoyulub.
Xatırladaq ki, daha əvvəl DİB-in müstəntiqləri və Baş Prokurorluğun prokurorları məhkəməyə müraciət edərək Medvedçukun yaxtasına və digər daşınmaz əmlakına həbs qoyublar.
Qeyd edək ki, Putinin yaxın adamı Viktor Medvedçuk Ukraynada dövlətə xəyanətdə və terror təşkilatının fəaliyyətinə yardımda şübhəli bilinir. O, 12 aprel 2022-ci ildə Ukrayna polisi tərəfindən saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam