Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Cənab Nazir ŞPŞ-nin rəhbərliyinə şiddətli töhmət versə də, problemlər hələ də aşıb-daşır -ARAŞDIRMA

 Bu gün çoxsaylı oxucularımızın diqqətinə onu çatdırmaq istəyirik ki, 08 aprel 2022-ci il tarixdə xəbər portallarında “Şirvan ŞPŞ-də 16 min manatlıq oğurluq faktı niyə araşdırılmır?- SƏBƏB” başlıqlı məqalə yayımlandıqdan sonra, həmin günün səhəri redaksiyamızın elektron poçtuna DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı cənab Nizam Həmidov tərəfindən mövqe göndərildi.

Yenixeber.org: Qarşı tərəf göndərdiyi mövqedə qeyd edib ki, “Zərərçəkən İmişli rayonu, Hacırüstəmli kənd sakini Dərgah Əhliman oğlu Mehtiyev 2018-ci ildə Şirvan Şəhər Polis Şöbəsinə müraciət edib və özünə məxsus avtomobildən oğurluq olunması ilə bağlı məlumat verib. Məlumatla əlaqədar şöbə əməkdaşları hadisə yerində olublar, ilkin araşdırmalar aparılıb. Lakin həmin vaxt hadisəni törədən şəxs və ya şəxslərin isti izlərlə müəyyən edilərək saxlanılması mümkün olmayıb. Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir”. Bəli, biz KİV haqqında Qanunun tələbi əsasında redaksiyamızın elektron poçtuna göndərilmiş mövqeni də GundemXeber.az xəbər portalında yayımlamağı özümüz üçün borc bildik. Amma, bizim üçün qaranlıq qalan bir neçə məsələ var ki, cənab Nizam Həmidov tərəfindən həmin məsələlərə hansısa formada aydınlıq gətirilməyib. Məsələn, zərərçəkən Dərgah Mehtiyev redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində qeyd edib ki, “Prokurorluqdan bizə verilmiş cavab məktubda qeyd olunmuşdu ki, Şirvan ŞPŞ-nin müstəntiqi Əhməd Baloğlanov işin mühüm hallarını istintaqdan gizlətmiş, hadisənin baş verdiyi ərazidə müşahidə kamerasının olmasına baxmayaraq o, həmin kameraya baxış keçirməmişdir. Bundan əlavə, müstəntiq oğurluq hadisəsi baş verən vaxtlarda Müalicə Diaqnostika Mərkəzində mühafizəçi işləyən şəxsin şəxsiyyətini araşdırıb müəyyən etməmişdir. Bu cür hərəkətlər də onu söyləməyə əsas verir ki, deməli oğurluğu törətmiş şəxs və ya şəxslər Şirvan ŞPŞ-nin əməkdaşlarına məlumdur. O halda onu da ehtimal etmək olur ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs və şəxslər, yəni Rəhman və Tünzalə adlı şəxslərin Şirvan ŞPŞ-nin rəisi Hikmət Quliyevlə və müstəntiq Əhməd Baloğlanovla müəyyən işbirlikləri var. Qeyd edim ki, ilk əvvəl hər iki şəxs şübhəli şəxs qismində saxlanılırlar və onlar oğurlanmış pulun 6 (altı) min manatını boyunlarına alırlar. Amma çox keçmir ki, hər iki şəxs hansısa səbəbdən ŞPŞ-dən sərbəst buraxılırlar”.

Bundan əlavə, Dərgah Mehtiyev onu da qeyd edir ki, “Mən 09 dekabr 2021-ci il tarixdə ərizə ilə Şirvan ŞPŞ-nə müraciət edib cinəyət işinə aid materialların surətlərini əldə etmək istəsəm də, qarşı tərəf bundan imtina etdi və imtina etmələrini onunla  əsaslandırdılar ki, yalnız istintaq tam şəkildə baş çatdıqdan sonra iş materiallarının surətləri maraqlı tərəflərə verilə bilər. Əslində iş materiallarının surətlərinin mənə verilməsindən imtina olunması, birbaşa hüquqlarımın kobud şəkildə pozulması deməkdir. Unutmaq olmaz ki, qanun bütün hallarda cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra, mümkün məhkəmə baxışına hazır olmaq məqsədilə zərərçəkmiş şəxsə, təqsirləndirilən şəxsə, müdafiəçiyə və s. kimi şəxslərə iş materialları ilə tanış olmaq, onların surətlərini əldə etmək ixtiyarı verir. Digər tərəfdən, Azərbaycan Respublikası CPM-də proses iştirakçılarının cinayət prosesinin istənilən mərhələsində iş materialları ilə tanış olmaq, surətlərini əldə etmək hüququ nəzərdə tutulub. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiyasına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüququn digər normalarına əsasən də, bunlar qanunla heç də qadağan olunmur. Bütün bunlara baxmayaraq, zərərçəkən şəxs olaraq Şirvan ŞPŞ-dən cinəyət işinə aid materialların surətlərini əldə edə bilmədim. Daha düşündürücü hallardan biri də, ünvanladığım şikayət ərizələrinə hər dəfə eyni məzmunlı məktublarla cavabların verilməsi və bununla da qarşı tərəfin işini bitmiş hesab etməsidir”. Daha yaxşı hal o olardı ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı cənab Nizam Həmidov mövqe bildirərkən, məhz bu kimi məsələlərlə də bağlı mövqeyini ifadə etsin.

 Bir xatırlamanı da yada salaq ki, ölkəmizdə fəaliyyət göstərən media qurumlarından birində Şirvan ŞPŞ-də baş verən qanunsuzluqlarla bağlı, 04 iyun 2021-ci il tarixdə “Vilayət Eyvazov Şirvan polisinin rəhbərliyini cəzalandırdı” başlıqlı yazı yayımlanmışdı. Yəni, yayımlanan yazıda qeyd olunmuşdu ki, cənab nazir Vilayət Eyvazovun əmri ilə xidməti fəaliyyətində yol verdiyi nöqsanlara və vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədiklərinə görə, ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Quliyevə, baş əməliyyat işləri üzrə müavin, polis mayoru Ramil Salayevə və təhqiqatçılara şiddətli töhmət verilib. Hətta, Şöbənin Cinayət Axtarış şöbəsinin rəisi Bəhruz Mirzəyev, baş əməliyyat müvəkkili Şamil adlı polis əməkdaşı və baş təhqiqatçı polis orqanlarındakı xidmətdən tamamilə xaric olunurlar. Demək, cənab Nazirin bu yöndə atdığı addım reallığa söykənən addım olur ki, o, zamanında belə bir mühüm qərarını verir. Məsələnin düşündürücü tərəfi odur ki, bəlkə bu gün də cənab nazir Vilayət Eyvazov zərərçəkən Dərgah Mehtiyevin üz-üzə qaldığı olay haqda, daha dəqiq desək müstəntiq Əhməd Baloğlanovun apardığı ibtidai istintaq araşdırmaları barədə lazımınca məlumatlı deyil. İnanırıq ki, yaşanan olay haqda cənab Nazir lazımınca məlumatlı olduqdan sonra, dərhal Dərgah Mehtiyevin üzüzə qaldığı problemin araşdırılması və müvafiq qərarın verilməsi yöndə bir çox addımlar atılacaq. Biz bir redaksiya olaraq DİN-i cənab Vilayət Eyvazovun olduqca alicənab şəxs olmasına, hər zaman haqqın və ədalətin bərpası yöndə lazımi addımlarını atmasına arxayın olduğumuz üçün, bu gün belə bir yanaşmamızı ortaya qoyuruq. Düşünürük ki, bundan sonra DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı cənab Nizam Həmidovun, baş verənlərlə bağlı bildirəcəyi mövqe tamam fərqli olacaq. Yazıda adı çəkilən hər kəsi dinləyə bilərik.

 Mövzuya qayıdacağıq. (GundemXeber.Az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam