Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

DİN: -Sosial şəbəkədə polisin vəkili döyməsi barədə yayılan məlumatlar əsassızdır


Bəzi sosial şəbəkə səhifələrində polisin vəkili döyməsi ilə bağlı əsassız iddialar yayılıb. Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı zala daxil olan vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi həqiqəti əks etdirmir, faktsız və sübutsuzdur.

Yenixeber.org: DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, Qabil Ələsgərovun hüquqlarını müdafiə edən vəkil C.İsgəndərov Şirvan Apellyasiya Məhkəməsində keçirilən başqa bir proses zamanı zala mülki geyimdə daxil olaraq məhkəmədə polis əməkdaşlarına kinayəli suallar ünvanlamaqla, asayiş keşikçilərini təxribata çəkməyə cəhd göstərib.
Polis əməkdaşları isə məhkəmə prosesinə mane olan şəxsə iradlarını bildirərək, onu intizama dəvət ediblər. Polis əməkdaşları məhkəmə zalında keçirilən prosesin Q.Ələsgərovun məhkəməsi olmadığı və ona məhkəmənin gedişatına mane yaratmamaq üçün zalı tərk etməsini bildirən zaman isə vəkil C.İsgəndərov orada mübahisə yaradıb. Daha sonra isə həmin şəxs polis əməkdaşları tərəfindən zaldan uzaqlaşdırılması təmin edilib.
Qeyd olunan məsələ ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırmalar aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam