Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu

İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu


İsmayıllı Rayon Polis Şöbəsinə rayonda fəaliyyət göstərən  istehsal müəssisələrinin birindən  fevralın 12-də  daxil olmuş müraciətdə   ilin yekunu ilə əlaqədar müəssisədə keçirilmiş yoxlamalar zamanı ümumi dəyəri 75min manatdan artıq müxtəlif qurğuların ötən il ərzində oğurlandığı barədə məlumat verilib.

Yenixeber.org:   DİN mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında  RPŞ-nin əməkdaşları tərəfindən oğurluq edən şəxslərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış  tədbirlərinə başlanılıb. Keçirilmiş tədbirlər nəticəsində  həmin hadisəni törədən şəxslərin  Göyçay rayonunun Qarayazı kənd sakinləri  Əkbər Talıbov, onun qohumu Məhəmməd Talıbov , həmkəndliləri Səfa Abbasov və İsmayıllı rayonunun Kürdmaşı kənd sakini  Hüseyn Cəbiyev olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılan şəxslərin ətraflarında aparılan araşdırmalarla  həmkəndlilər Ə. Talıbov və S. Abbasovun ötən ilin aprel, may və dekabr  aylarında həmin müəssisənin anbarına 5 dəfə qanunsuz daxil olmaqla oradan ümumi dəyəri 12min manata yaxın  müxtəlif su qurğularını, eləcə də digər metal tərkibli əşyaları oğurladıqları müəyyən edilib.  Bundan əlavə Ə. Talıbov , S. Abbasov və H. Cəbiyev əvvəlcədən bir qrup şəxs halında birləşərək 2018-ci ilin noyabr ayında həmin zavoda qanunsuz daxil olaraq bu dəfə oradan 16 min manat dəyərində mis metal tərkibli qurğuları oğurladıqları məlum olub.

Şübhəli şəxs qismində saxlanılan şəxslərin ətraflarında aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində qohumlar Ə. Talıbov, M. Talıbov və həmkəndliləri S. Abbasovun  bu ilin yanvar ayının 1-də  həmin müəssisədən 16500 manat dəyərində oğurluq etdikləri üzə çıxıb.  Onlar oğurladıqları əşyaları metaləritmə zavodlarına veriblər.

Faktlarla bağlı  Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam