...MƏN “O” DEYLƏM (könül pçıltısı)
Qapalı dünyamın pəncərəsindən süzülən işıq! Nə görə bildün kölgəyə dönən qəm otağımda? Bilirəm deyəcəksən sənin qaranlıq çökmüş otağında nələr yox ki, görünməz olsun. Heç, amma heç narahat olma zar-zar ağlayan könlün enişli –yoxuşlu həyat yollarında mənə bələdçilik edir.Sual edim səndən nədən öz dünyana belə qapalısan ey könül? Sən ki,sevə bilərsən, həyata bağlanıb,deyib-gülə bilərsən. Bilirəm deyəcəksən işıq da olsan, məni nura qərq etsəndə məndən heçnə sorma, cəhd edib yalvarıb qəlbimə dolma, bilirəm söyləyəcəksən, gülsən öz bağında,bağçanda saralma solma! Olar sənə sual verim cavab ver mənə? Ey məni öz nuruna qərq edən işıq, çətin deyilmi kölgəyə bürünmüş qəlbimi,nurlandırırsan? Bilirəm mən istəməsəm də ətrafımda dolaşırsan və hərdən cəhd edib qaranlığa bürünmüş qəm otağıma asta –asta, orğun-orğun səsizcə öz istəyinlə süzülürsən.Bəs heç bilirsənmi sənin gəlişin də dönüşün kimi varlığımı talayıb aparır, məni yağmalayıb tari-mar edir.Günümü büküb əskiyə ahu-zar edir.Sənin nurun məni özünə çəksə də,bu qəlb, o qəlbdi o qəlbdi ki, dərd özünə imarət qurub, TAXTI-TAC tikib və onun sahibidir. Axı sən nə edə bilərsən,əlindən nə gələr?! Sənin sayrışan şuaların başıma siğal da çəksə o tellər qəm- kədərə bürünüb ovunan deyil, biçilb bəxtimə qovulan deyil, çürüdüb töksə də, ovulan deyil. Deyirlər işıq qaranlığı özü ilə çəkib aparsa aydınlıq olar.Mən isə heç inanmadım belə deyimlərə.Axı görmürəm bu aydınlığı,artıq gözlərimdə qaranlıqlar yuva salıb qaranlıqları, sevirəm bəli qaranlığı düz eşitdin deyim bil, gecə gündüz nisbidir,günəş axşam itsə də, ay günəşin əksidir.Gəl sənə bir söz deyim. Bəlkə də bu nisbilyin qütbləri mənim qəlbimə zühur edib. Sən gəlirsən, gedəcəyin gün isə yoxluğunu duyanda,nurundan qamaşan gözlərim yenidən qaralır.Sənə yalvarımmı, deyimmi gəlmə,bu qapalı dünyamı, nurunla dəlmə, bəsdir deyirəm, gəlmə artıq gəlmə! Qəmli dünyama qonaq olan görürsən, sənin pişvazına cıxan o dərdli könül sənə nələr yaşadır. Nədən mənimlə birgə əzab çəkməlisən? Çəkil geri süzülmə pəncərəmdən, nurunla məni kor etsən də uzaq edə bilməzsən qəmdən , kədərdən. Bax mən beləyəm, mən ki, qaça bilmərəm, qismət olan qədərdən. Səninlə çox dərdləşə bilərəm ey könlümə, gözümə süzülən işıq,amma, amma istəmirəm bu müəmmalar icində sənin də nurun itib qaralıqlar içində kölgəyə bürünsün. Var, var elə biriləri get, sənin gəlişin onları sevindirə, deyib –güldürə bilər. Yalvarımmı sənə ey sayrışan işığım məni rahat burax, rahat burax məni! Mən o deyləm....Mən “O”deyləm?!