“Mayomed” klinikasında Nihad Aslanov “kosmetoloq” idi indi isə “stomatoloq” kimi fəaliyyət göstərir?-FOTOLAR/VİDEO

“MayoMed” klinikasında qanunsuz tibbi fəaliyyət iddiası: Nihad Aslanov yenidən pasiyent qəbul edir?

Yenixeber.org: Bir müddət əvvəl “MayoMed” klinikasında özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanovun əslində tibb sahəsi üzrə heç bir ali təhsilinin olmadığı üzə çıxdı.
Bu barədə Baku TV-nin qaynar xəttinə daxil olan vətəndaş müraciəti araşdırılarkən, qeyd olunub ki, Nihad Aslanov uzun müddət klinikada plastik cərrah kimi fəaliyyət göstərib və pasiyentlər qəbul edib.
Ötən il Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzi tərəfindən “MayoMed” klinikasında yoxlama aparılıb. Yoxlama zamanı Nihad Aslanovun tibb təhsili olmadığı müəyyən edilib və onun fəaliyyətinə son verildiyi iddia olunub. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, plastik cərrahiyyə ixtisası üzrə praktik tibbi fəaliyyətə icazə verilmiş həkimlərin rəsmi siyahısında Nihad Aslanovun adı yoxdur.
“2023-cü ildə ‘MayoMed’ klinikasında planlı yoxlama aparılıb, klinika inzibati məsuliyyətə cəlb edilib və həkimin fəaliyyəti dayandırılıb. Bundan sonra həmin şəxslə bağlı Analitik Ekspertiza Mərkəzinə hər hansı yeni müraciət daxil olmayıb”. Klinika inzibati qaydada məsuliyyətə cəlb edilib. Klinika tərəfindən Nihad Aslanovun artıq müəssisədə çalışmadığı barədə rəsmi məlumat təqdim edilib.
Ekspertiza Mərkəzindən həmçinin bildirib ki, yeni yayılan videogörüntülərdə əks olunan qanun pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Bu açıqlamalara baxmayaraq, daxil olan yeni məlumatlar vəziyyətin fərqli olduğunu göstərir. İddialara görə, Nihad Aslanov bütün cərimələrə, xəbərdarlıqlara və klinikanın inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, yenidən “MayoMed” klinikasında fəaliyyət göstərir.
Buna sübut kimi, disput.az sosial platformasında paylaşılan materiallarda onun hələ də “MayoMed” klinikası ilə əlaqəsinin olduğu görünür.
Əməkdaşımız ilə telefon danışığında Nihad Aslanov əvvəlcə klinikada çalışdığını etiraf edib, daha sonra isə bu fikirdən yayınmağa çalışıb. Nəhayət, pasiyentlərə özünün deyil, adını açıqlamaq istəmədiyi başqa bir şəxsin “həkimin” baxdığını bildirib.
Daha ciddi məqam isə ondan ibarətdir ki, iddialara əsasən Nihad Aslanov bu dəfə “stomatoloq” kimi fəaliyyət göstərdiyi iddia olunur. Məlumatalara görə sosial platformalarda “Smilleroom” adı ilə iddia olunur ki, paylaşımlar edilir.
Əgər bu məlumat təsdiqlənərsə, kosmetoloji fəaliyyətdən sonra stomatoloji xidmət göstərməsi daha ağır qanun pozuntusu hesab olunur və ayrıca araşdırma tələb edir.
Həmçinin Nihad Aslanov açıqlamasında qeyd edir ki, bu prosedur tibbi fəaliyyətə aid deyil. Tibb müəsssində tibbi prosedur göstərilməyən fəaliyyətə icazə var və heç bir pozuntu olmayıb deyə qeyd edib.
Ortaya çıxan faktlar onu göstərir ki, dövlət qurumları tərəfindən görülən tədbirlərə baxmayaraq, qanunsuz tibbi fəaliyyətin davam etməsi ehtimalı var.
Bu isə həm vətəndaşların sağlamlığı, həm də özəl tibb müəssisələrinə nəzarət mexanizmləri baxımından ciddi suallar doğurur.
Məsələ isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılması səlahiyyitəndədir.
Məsələ ilə bağlı aidiyyatı qurumlara sorğu verilib.(Baku TV)










AZ
RU

