Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır
Hüquqlarını bilən, məsuliyyətini dərk edən və cəmiyyətə töhfə verməyə hazır gənclər Azərbaycanın daha güclü, daha ədalətli gələcəyinin əsas dayağıdır.
Yenixeber.org xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gənclər Gününə həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan gəncləri dövlətçilik tarixində həlledici anlarda hər zaman fədakarlıq nümayiş etdirib:
"Qarabağ müharibəsində əldə edilmiş şanlı zəfər zamanı gənclərimizin göstərdiyi rəşadət və şücaət yaddaşlardan silinməyəcək. Bu, gənclərimizin Vətənə olan sevgisini və bağlılığını bir daha hər kəsə nümayiş etdirdi. Ombudsman təsisatı olaraq biz gənclərlə işləməyə, onların hüquqi biliklərinin artırılmasına və hüquqi maarifləndirmə prosesinə cəlb olunmasına xüsusi önəm veririk".
S.Əliyeva həmçinin bildirib ki, gənclər yalnız Azərbaycanın gələcəyi deyil, həm də bu günüdür:
"Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıq, iradə və vətənpərvərlik ruhu Azərbaycan gəncliyinin gücünü və məsuliyyətini bütün dünyaya nümayiş etdirdi".










AZ
RU