NƏ OLUR ÜZÜLMƏ...ÜZÜLMƏ...DAHA!
Ey könül...!Hayla... harayla məni...!Tələs...! tələs... yolumun üstə çıx...gəlmişəm qarşıla məni...! Məni... yalnız sən... duyub eşidə bilərsən...!Səslə...! səslə məni...!Səsinə səs verim. Sevə- sevə sənə yodaşlıq etmək istəyi olan ruhuma bələdçisi ol!Mənimlə bir addımla...dərdləşək səninlə...! Xatirimdədi bilirsən...? heç... amma heç unutmadım... sənin susqunluğun...həmişə məni çaşırdı...sarsıtdı...O, Sahanə məğrur xislətin acılarla çarpışsada zaman-zaman sən yenə dikəldin yenilmədin... Çəkdiklərin səni heç... amma heç... əymədi...! Hardan aldın bu yenilməzliyi...bitməzliyi... tükənməzliyi ey könül... sən nələrə qadirsənmiş...? Hansı qüvvə səni bu qədər vüqarlı... bu qədər məğrur...bu qədər yenilməz etdi...? Sən indi niyə... niyə...susursan özünü tapa bilməliydin... olaylar içində itən sən deyildinmi...?İtdin... itdin... amma anbaan yenidən pərvəriş etdin...dirçəldin... bərqərar oldun dura bildiyin yerdə durdun...! Mənə vəfalı oldun...içimdə yaşadın ey könül...! Təkcə sən ...üşüyəndə məni öz odunla qızdıra bildin ey dərd ortağım...! Sən bilirdin... sənin də bir düyanın var...? Bu dünym heçmi çağrış etmədi...? Səni sənlə səsləsin... səsini sənin səsində bəstəyə çevirib... qəlbinə ürəyinə kökləsin ey mənim fədakar... dərdən... dərdli yaralı könlüm.Nələr gördün...nələr gördün...! Amma nə umdun bu amansız həyatdan...? istəyin bitməz... tükənməz idi... Sənin istəyin saflıqmı... sevgimi...nifrətmi...dostluqda ülfətmi...olacaq imiş? Əlin yetdimi qəlbinin arzu etdiklərinə ey mənim sükut içində batan könlüm... dillənsənə! Dillən mənə aid olduğunu bəyan eylə! Çalış... çarpış...əlləş ... vuruş...əlisilahlı əsgərə çevril...keşiyində dur... bu kimsəsiz tənha... öz içində batan... sızlayan könülün... bu yanğı mənim deyilmi...duyursan...? Qoyma ona yaxın gələn qara rəngi...ona yaxın buraxma...! did... parçala... yol aç işığa...işıqlı sabahlara sarı...! Qoy bu işıq yolunun üstündə nura dönsün...göydə sayrışan səyyarələrin qanadlarında məkansız əflakına... səsləsin onu...! Qoyma özü çatdığı ocağın tustüsündə boğulsun... o dünyaya gəlmədi ki... ey könül...yenidən doğulsun... !Könlüm sakit... sakit...sükut...sükut...məni dinlə...! Bil ki... bir dəfə gəlmisən bu amansız həyata...və bir də heç zaman var olmayacaqsan...yaşa... yaşa... yaşamaq eşqin tükənsə belə yaşa...!Nə qədər də əllərin həyatdan üzülsə belə həyatda ... istək arzu... bitməzdi... sonsuzdu asiman kimi... əl yetməyən ümman kimi...Ey könül... aç gözlərini...! bax... bax...! yaşamaq istəyin varsa sevginlə yaşa...sev...!sev...! Tanrı sənə bəxş edən qəlbi səninlə vuran...səni bir içim su kimi... oğrun-oğrun sevən... o varlığı...sev...Sev ki, əlləriniz bir olsun... həyatın ... ağ rəngi qədər saflanmış... bir məhəbət yuxsuna dal...bu röya səni özü ilə çəkib aparacaq... bəlkə də heç zaman düşünə bilmədiyin bir bağçanın bağbanı edəcək... bu bağçada gül bülbülünə qovuşacaq...sənin səsini öz səsinə qatıb... həzin... həzin... bir məhəbbət dastanı yazacaq... onun bəstəkarı sən olacaqsan ey könül! Ayıl... yatma... ayıl... oxu bu bəstəni sevənləri oyatsın... sən dur... qoy o yatsın... yatsın... qəlbinin acıları dərin... dərin...ayıla bilməyən yuxuya dalsın...! Layla çal bu acılara ey könlüm... yatıb-yatıb dincəlsinlər...dincəlsinlər...ilmə-ilmə... zərrə-zərrə...incəlsinlər...incəlsinlər... sənsə rahat-rahat qəlbinin o yenilməz...vüqarlı...əzimkar səsini dinlə...dinlə...amma nə olur... üzülmə...üzülmə...üzülmə daha...!
TƏRANƏ ŞƏMS.26.01.2014.