Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Cəlilabadda qardaşı uşaqlarını öldürməyə cəhddə şübhəli bilinən əmi içkili olub -TƏFƏRRÜAT/YENİLƏNİB

 

Cəlilabad rayonunda baş verən ağır cinayət hadisəsinin bəzi təfərrüatları məlum olub.

Yenixeber.org-un məlumatına görə, kənd sakini, 49 yaşlı Əli Hüseynbala oğlu Nağıyevin qardaşının azyaşlı övladlarına – 2012-ci il təvəllüdlü Hüseyn Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Nağıyevaya hücum etdiyi bildirilir.

Nəticədə hər iki yeniyetmə baş nahiyəsindən ağır bədən xəsarətləri alıb.

Şahidlərin sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs spirtli içkinin təsiri altında olub. O, hadisədən sonra küçəyə çıxaraq qonşularına qardaşının övladlarına xəsarət yetirdiyini bildirib. Yaralılar qonşular tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, Həqiqət Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb. Onun qardaşı Hüseyn Nağıyevin müalicəsi isə davam etdirilir.

Məlumata görə, hadisə zamanı uşaqların anası evdə olmayıb. Ataları Musa Nağıyev isə hazırda Dağıstanda muzdlu işdə çalışır. Bildirilir ki, iki qardaş eyni həyətdə, eyni ünvanda yaşayırmış.

Cinayəti törətməkdə şübhəli bilinən Əli Nağıyev Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Onun əvvəllər bir neçə dəfə məhkum olunduğu, həmçinin bir müddət Dağıstanda işlədiyi bildirilir.

Cəlilabadda 1 nəfəri qəsdən öldürmə, digər şəxsi isə qəsdən öldürməyə cəhd faktı üzrə cinayət işi başlanıb.

Bu barədə Cəlilabad Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, fevralın 1-də Cəlilabad rayonu sakinləri, yetkinlik yaşına çatmamış D.V (şərti) və C.V-nin (şərti) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Ə.Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb, Ə.Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam