EY XƏYAL DOLU DÜNYAM...
- (könül pıçıltısı)
- "Xeberinfo.com": Ey xəyal dolu dünyam qəribsədin mənim üçün? Qəlbim, könlüm, ürəyim üçün? Yenə əlimdən tutub aparırsan, səsinlə məni səsləyirsən, nədən, nəyə ümid bəsləyirsən, məndən uzaq olub meh təki əsməyirsən, boşalan yollarımı qol-budaqlı, sərviboylu ağac təki kəsməyirsən, düşünmə , ümidsiz olma deyə küsməyirsən. Bəzən alırsan məni, özünə, sözünə yoldaş edib çalırsan, mənim yoluma yol gəlirsən, üşüdürsən qəlbimi, gül təki dərib, sayrışan günəşdən öncə, dəlirsən məni. Nədir məqsədin? Məni məndən almaq, məni özünlə qoymaq, həyatımın acılarından çalıb, eşit deyə sözünlə qoymaq. Səninləyəm, sözünü, dözümü, çözümü söylə, nədən çıxdın yoluma, nədən qara düşdün, payıma, nə olur, qənim kəsilmə, ulduzuma-ayıma, ey xəyal dolu dünyam! Məni yorursan, çəkirəm acıları sən doyursan, məni həyatdan alıb tənha qoursan, nədən, nədən AXI?Günahım nədir, məni mənsiz qoyursan? Mənim də könlümün işığa açılan qapısı var, yanan ocağımın çatısı var, ömrümün ağı var , qarası var, bir ömürboyu acısı var. Məni məndən alma, məni mənsiz yad edib, yadıma salma, yetər, bəsdir daha, bəsdir daha, dünyamı qara etmə, yaralı könlümə od vurub köç etmə, etmə mənə, özümdən söz etmə. EH... bilirsən ki, qəlbim dərdlə dolu, könlüm, qəmdən solub, bilmirəm varam, yoxam, sanki ürəyimə sancılan oxam, toxam, toxam, çəkdiyim dərdlərə toxam, aparma məni yenidən keçdiyim o yollara ey xəyal dünyam,arama məni, arama məni! Mən də sevərdim, amma yrəkdə, könüldə, göm etdim sevdiyimi, göm etdim bildiyimi, itirdiyimi, əkib bitirmədiyimi, cəfasın çəkib, səfasın çəkmədiyimi, göm etdim. Bağışla məni, səndən istəyimi qəbul et, nə olur,aparma məni, sözünlə, özünlə ararama,acıları yadıma salma, yoxmu sənin hisslərin, əridim şam kimi, kül oldum ocaq kimi, dözdüm mən dərdlərə, qoçaq kimi, çıxma yoluma çıxma, sıxma məni sıxma, təkəm, tənhayam dünyam yox artıq, axır ki, səninləyəm, ey xəyal dolu dünyam, ey solan dünyam, boşalıb dolan dünyam, mənə qəm olub, MƏN olan dünyam. Əlvida deyimmi sənə, eşit məni, son nida deyimmi sənə, deyimmi sənə sən var ikən məni yox etmə, gözümü kədərinə tox etmə, mənimlə yaşayıb, dərdimi alıb qaçaraq, məni, məndən çalaraq, mənli dünyamı xoş etmə ey XƏYAL dolu dünyam. Mənimsən, mənimləsən, nə qədər mən varam, dərdlərimlə baş-başa çar-naçaram, qaçaram, səndən qaçaram, hərdən duyğularım, səsləyər, çiçək olub açaram, mən açaram, günəşin şəfəqləri tək nur saçaram, mən nur saçaram, sevərim hammı kimi sevərim, həyatı, yeri-göyü, asimanı kainatı, sevərim məni MƏN edən səni sevərim, unutmadım heç, sən də mənimsən, mənimləsən varlığıma hakimsən,mənimdə yaşayan MƏNİMSƏN... EY xəyal dolu dünyam, ey xəyal dolu dünyam!!!!!
- TƏRANƏ ŞƏMS.23.08.2014.