Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

MÜQƏSSİR DEYLƏM

"Xeberinfo.com":  Bəlkə də günühkar ola bilərəm, təqsirkar ola bilərəm lakin müqəssir deyləm. Qovuldum namərd oldum. Odur, odur müqəssir, mümkünmü sevəsən və sevə-sevə söz etmədən əzəsən. Bütün fırtınalara dözdüm, çəkdiyim acıları söz etmədən çözdüm. Dilimdə gülə-çiçəyə dönən adının başına düzdüm və bu sevdanın bağında bülbülə yar olan o gülü üzdüm. İstədim solmasın, nazını çəkdim, könlünə qəm dolmasın nəğmələr oxudum sazını zilə, bəmə çəkdim. Qəmi-kədəri gülüşlərimlə əvəz etdiyim zaman, nə etdim ki, dönük oldun ? Axı sevirdim deyirdin, nədən qəlbi, könlü sönük oldun,nədən??? Varlığını küllü aləmə dəyişmərəm deyib, qısqanardın ətimi,qanımı yeyib nazlanardın. Nə oldu sənə? Qəlbində yaralar qövr edirdisə nədən anlatmadın mənə. Əllərim sənə sarı üz çevirdin yoxluğa. Məni isə saldın qəlbimdə yer alan boşluğa. Səsin yox, sorağın yox, nə oldu sənə? İtginmi düşdün bir dillənsənə. Ax amansız ayrılıq. Səsini ucalt, çığır bağır,məni yamanla, danla axı sevgidə qürur olmaz bunu anla. De ki, günahkarsan, mənə əzab verən zülmkarsan, könlümü param-parca edən qəsbkarsan. Nədir axı günahım? Nədən bu qisas bu qaçış, bu aldanış? Anlat mənə anlat. Bax... mənim də ürəyim sükutuna usyan eyləyir daha bacarmır. Sevgim də susub səbrimə qarışmır tüğyan eyləyir. Guman ki, bilirsən sevgi, məhəbbət birdəki nifrət,bir əl üstədir, ayrılıq istəsən bir göz üstədir. Nifrətim sevgini unudub, talan edərsə, verdiyin əhdi-peymanı yalan edərsə, acılı-şirinli xatirələr itib gedərsə, mənəmmi müqəssir? Yox-yox mən müqqəssir deyləm. Hər halimlə səni anlamağa, duymağa çalışdım. Sən isə, sən isə susdun məni yad bildin, sevindin sükutu özünə şərəf, qol-qanad bildin. Sındırdın qolumu, qanadimi puç etdin sənli səadətimi. Nə deyim, nə haqq verim sənə? Bəddua etmirəm, qoy yaradan görsün, günahlı-günahsız bu sevdanı bizimlə bölsün. Əgər Allah belə istərsə bu amansız ayrılıq, itsin- batsın ölsün, ölsün, Tanrı məni qoy belə görsün.Sənə naməm çatarsa o susqun qəlbin bir daha ölsün. Dözüm versin Tanrım mənə. Səni mənə rəva bilməyən ALLAH, özü məni sevsin, sevsin. Olmayan günahımı sənə bildirsin, röyadasan ayıltsın səni. Biləsən ki, sevmək gərək, əgər sükutla ortadan yox olmaq gərəksə ölmək gərək! Öl artıq yoxluğunu duyum. Artıq verdiyim qərar sondur. Əgər fikrin lal olub susmaqdırsa, zaman gələr ayılarsan və özünü tək-tənha görəndə deyərsən ax mənim acı taleyim. Bax o zaman bilərsən ki, mən müqəssir olmadım. Günahın önündə anlarsan əyilməyi, yenməyi. Mən yoruldum, sözünü zaman dedi. Artıq mənim üçün bir ölüsən. Xəyallarımla dayanmışam baş daşının önündə qəm yükü çiyinlərimdə xısın-xısın pşıldayıram. 

Xəyal qurub, ağlaram
Ruhun duymasın deyə
Damla-damla yaşımı
Qurudaram dağlaram . 
Sənsiz–sənli günlərə, 
Ümidimi bağlaram.

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam