Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Türkiyə və Qazaxıstan arasında 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı imzalanıb

 

Türkiyə və Qazaxıstanın Xarici İşlər nazirlikləri Ankarada 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı imzalayıb.

Yenixeber.org xəbər verir ki, sənəd Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun Türkiyənin xarici işlər naziri Hakan Fidanın və onun qazaxıstanlı həmkarı Yermek Koşerbayevin sədrliyi ilə keçirilən səkkizinci iclasının yekunlarına əsasən imzalanıb.

Tərəflər "Türkiyə Respublikası Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı"nı imzalayıblar. Bu Əməkdaşlıq Planı hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında qarşılıqlı əlaqələrin gələcək istiqamətlərini müəyyən edir.

İclasdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı naziri qəbul edib. Mətbuata qapalı rejmdə keçirilən görüşdə Hakan Fidan da iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam