Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

HƏYATLA TALE SEVGİLİDİR...

  • "Xeberinfo.com": EH..! gözlərim yol çəkir xəyallar içində.Ürəyim titrək səslə taleyimə sual edir. Nədən belə qəmlisən, həyata gəldiyindən? Çoxmu küskünsən həyat üzünə gülmədiyindən? Taleyimsə ac-acı nəql edir, gördüyündən, bildiyindən. Deyir, qədərinə düşənləri yaşayıram səninlə birgə, çəkdiyindən hürkə-hürkə, keçirəm o daş-qayaları, səninlə bircə-bircə. Eniş –yoxuş, aşağı –yuxarı, yıxıla-dura, zilzaq çizilən dairələr, kəsə gedilən döngələr. Bu nisbiliklər arasında dilimizdə rahat işlənən ifadələr və suallar.Görən tale beləmi olar? İnsan qismətinə, bu qədərmi dərd dolar? Nədir sənin çəkdiklərin? Nədir qədərinə əkdiklərin? Həyatın ağ üzü sənə qara oldu, yuva qurmuşdun yuvan pozuldu, zirvənin ucalığı çokdü gözün önündə, həyat necə də dönükdü, sevinci itdi, zəngüləsi kəsildi sönükdü ürəyin, çat-çat bölük-bölükdür.Artıq tale olaraq usandım yaşananlardan,bacarmıram daha...Yenə göz yaşlarım ovcumdadır, önümə açılan qapı üzümə örtülər deyə, həyəcan, həsrət, iztirab ömrümə hakim kəsilən qorxumdadır. Üzünə həyat gülməyən insan, sevib, sevilmək bilməyən insan, ömür payını belə yaşasan, ömrün illə yox, ayla yox,gödələcək san-san. Ey insan taleyi,sənə asi düşmürəm, yaradanın verdiyini yaşadırsan mənə, hərdən sanki, işıq tək görünüb sataşırsan mənə.Yəni səni sevə bilərlər, sənin üçün həyatı bölə bilərlər, sənin gözünlə görə bilərlər, əgər ürəyin olub, sevə bilsən, sənin üçün ölə bilərlər. Eh.. Hansı xəyalı mənə kölgə edirsən taleyim mənim! Deyirsən qaraları ağmı görüm, çəkdiyim dağları salınan bağmı görüm, yaki yanmayan ocağı, çatıb dağmı görüm? Ey taleyi qara yazılıb, qara yaşayan bəxtim! Qismətimdənmi küsüm, taleyim, səndənmi küsüm, üzülən ürəyim üzülmüsən, səni yenidənmi üzüm. Hansı sualına, hansı cavabı verib, dilimə acılarımı şəstlə düzüm, oxunsun düzüm-düzüm. Ürəyim... bu acıların yanğısı səndə, nə olar anla məni başa düş sən də. Məni ittiham edərsən, mən olmayan gün, mən öləndə! Sənə bu izdirabı yaşatdım deyə... Yox amma, bu qisməti, bu taleyi mən yazmadım. Sənsə, küsüb olmuşlardan, dolmuşlardan, həyatın qarasını yaşatma mənə! Ey taleyimin ittihamlarına cavab verə bilməyən ürəyim! De ki, ey taleyim, ey qismətim,yaradan belə yazıb, sən hakim kəsilmisən, sevən hisslərimə, kədərimə, sevincimə, nə deyim mən sənə, artıq sən, incimə ey taleyim bir sən İNCİMƏ...!!! Ürəyim, sakit dür, sakit vur, kükrəyən dalğalı dəniz tək, gəlmə təlatümə, bu həyatın niskilidir, həyatla TALE sevgilidir sən deyilsən MÜQƏSSİR...
  •  
  • (TƏRANƏ ŞƏMS..könül pçıltısı...17.10.2014.)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam