Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Cəbrayıl və Xankəndinin elektrik şəbəkəsi yenilənir -VİDEO

azerisiq-cebrayil-ve-xankendinin-elektrik-sebekesini-yenileyir

“Azərişıq” ASC paytaxt və regionlarda, eləcə də işğaldan azad olunan ərazilərdə elektrik təsərrüfatını yeniləyir.

Yenixeber.org: Həyata keçirilən yenidənqurma işləri Cəbrayılı da əhatə edib. Cəbrayıl şəhəri işğaldan azad edilən andan “Azərişıq” ASC tərəfindən operativ tədbirlər görülərək 2020-ci il oktyabrın 28-də şəhər mərkəzi elektrik enerjisi ilə təmin edilib. 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən şəhər ərazisində təməli qoyulan 35/0,4 kV-luq Rəqəmsal İdarəetmə Mərkəzi inşa edilərək 2023-cü il sentyabrın 28-də ölkə başçısı tərəfindən istifadəyə verilib.

Məskunlaşma aparılan Horovlu kəndini elektrik enerjisi ilə təmin etmək üçün ikidövrəli 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, həmçinin 35 kV-luq Paylayıcı Qurğu (PQ) inşa edilib. Kənddə 6 müasir tipli 35/0.4 kV-luq Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Fərdi yaşayış evləri müasir smart sayğaclarla təchiz olunub.
Şəhər ərazisinə köç edən sakinlər üçün Baş Plana uyğun olaraq əlavə 35/0,4 kV-luq 4x2500 kVA gücündə Transformator Məntəqəsi (TM) inşa edilərək istismara verilib, həmçinin smart sayğaclar quraşdırılıb, 0.4 kV-luq yeraltı xətlər çəkilib. Yaxın gələcəkdə köç planlaşdırılan Soltanlı, o cümlədən Fuğanlı, Mərcanlı, Şükürbəyli kəndləri, Xudafərin qəsəbəsi istiqamətində metal dayaqlar əkilib, ikidövrəli 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib.

Rayonun Horovlu, Şükürbəyli, Xudafərin, Soltanlı, Sarıcallı, Maşanlı, Böyük Mərcanlı və Karxulu yaşayış məntəqələri 35 kV-luq elektrik verilişi xətləri vasitəsilə keyfiyyətli və dayanıqlı enektrik enerjisi ilə təmin edilib.

“Azərişıq” ASC Xankəndinin də elektrik təsərrüfatını yenidən qurur. Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisinə daxil olan Xocalı şəhərində Prezident İlham Əliyevin iştirakı ilə 2024-cü ilin mayın 9-da “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub. 3200 kVA gücündə olan “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi rayon ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır.

Həmçinin Xocalı şəhərində 10 müasir tipli müxtəlif gücdə KTM quraşdırılıb. Badara, Ballıca, Daşbulaq, Təzəbinə, Seyidbəyli və Xanyurdu yaşayış məntəqələri istiqamətində 35 kV-luq elektrik verilişi xətlərinin inşası davam etdirilir. Hazırda adı çəkilən yaşayış məntəqələrinin 0.4 kV-luq daxili elektrik şəbəkəsi yenilənir.

Xocalının Şuşakənd və Xanobad kəndlərinə də 35 kV-luq ÖİN-3 kabel hava xəttinin çəkilişi davam edir.

Vətəndaşların keyfiyyətli və fasiləsiz elektrik enerjisilə təmin olunması ilə yanaşı elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkənin bütün regionlarında mərhələli şəkildə elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam