Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Kolumbiyada "ASAN xidmət" sistemi tətbiq edilə bilər

 

Kolumbiyada "ASAN xidmət" sistemi tətbiq edilə bilər.

Yenixerber.org xəbər verir ki, bu barədə Kolumbiya KİV-ləri məlumat yayıb.

Kolumbiyanın "Acta Diurna" jurnalı qeyd edir ki, 2026-ci ilin fevralında Kolumbiya İnformasiya Texnologiyaları və Kommunikasiya Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumunun imzalanmasından bir il ötəcək.

Nəşr xatırladıb ki, saziş Dünya Hökumət Sammiti çərçivəsində imzalanıb.

Sənəd qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi vasitəsilə dövlət xidmətlərinin göstərilməsində sadələşdirmə və innovasiyaların tətbiqinə dəstək verməyi nəzərdə tutur.

Memorandumda səmərəliliyi, şəffaflığı və vətəndaşların ehtiyaclarına yönəlməsi ilə beynəlxalq səviyyədə tanınmış "ASAN xidmət" modelinin Kolumbiyada mərhələli tətbiqi planı nəzərdə tutulub.

Sənəd həmçinin Kolumbiyanın dövlət qulluqçuları üçün Azərbaycandakı "ASAN xidmət" mərkəzlərində təcrübə proqramlarının təşkilini, eləcə də azərbaycanlı ekspertlərin birbaşa dəstəyi ilə bilik və qabaqcıl təcrübənin ötürülməsini əhatə edir.

Saziş tam həyata keçiriləcəyi təqdirdə Kolumbiya artıq Avropa, Asiya və Afrika ölkələrində uğurla tətbiq olunan ASAN modelini Şimali və Cənubi Amerikada istifadə edən ilk ölkə ola bilər.

Xatırladaq ki, bu yaxınlarda Pakistanda ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam