Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Ombudsman gənclərə müraciət edib

 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2 Fevral - Gənclər Günü münasibətilə gənclərə müraciət edib.

"Report"un məlumatına görə, müraciətdə deyilir ki, Azərbaycan gəncliyi hər zaman dövlətin ali diqqət və qayğısı ilə əhatə olunub.

Bildirilib ki, Azərbaycan gəncliyi vətənin taleyini müəyyən edən tarixi məqamlarda öz sözünü deyib:

"Vətən müharibəsində gənclərimizin göstərdiyi rəşadət, fədakarlıq və qətiyyət xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb. Gənclərimiz bu müharibədə üzərlərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirərək dövlətimizin ərazi bütövlüyünün bərpasında həlledici rol oynayıblar. Siz Azərbaycanın bu günü və sabahısınız. Düşüncəniz, enerjiniz, yaradıcılığınız və təşəbbüskarlığınız cəmiyyətimizin inkişafına yeni nəfəs verir. Gənclərin fəallığı hüquqi dövlətin möhkəmləndirilməsində, ədalətli və güclü vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır".

Səbinə Əliyeva gənclərin hüquq və azadlıqlarını bilmələrinə, onlardan yararlanmaqlarına və digər şəxslərin hüquq və azadlıqlarına hörmətlə yanaşmasına diqqət çəkib, bütün bunların hər bir gəncin üzərində duran vacib vəzifə olduğunu deyib:

"Hüquqi maarifləndirmə gənclərin risklərə qarşı daha hazırlıqlı olmasına, düzgün qərarlar verməsinə kömək edir və cəmiyyətdə öz mövqelərini inamla ifadə etmələrinə şərait yaradır. Hüquqlarını bilən və hüquqi biliklərə malik gənclər dövlətin və cəmiyyətin inkişafında daha fəal iştirak edirlər. Əminəm ki, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı və müasir dünyagörüşlü Azərbaycan gəncliyi ölkəmizin gələcəyini daha ədalətli, təhlükəsiz və güclü edəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam