Ağstafa rayonunda yaşayan qazi Ələsgərov Rəsul Habil oğlu Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən təhdid və təzyiqlərə məruz qaldığını bildirib.
Yenixeber.org: Qazi bununla bağlı ölkə başçısı Prezident İlham Əliyevə müraciət edərək kömək istəyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə maddi dəstək və işlə təmin olunmaq məqsədilə müraciət etdikdən sonra icra başçısı tərəfindən təzyiq və hədələrlə üzləşib. O bildirib ki, məqsədi yardım toplamaq deyil, daimi işlə təmin olunmaqdır.
Qazi vurğulayıb ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, bu günədək işlə təmin olunmayıb və sosial problemləri həllini tapmayıb. Məsələ ilə bağlı Ağstafa rayonu İcra Hakimiyyətinə dəfələrlə sorğu yollasaq da suallarımız cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.










AZ
RU