"Qarabağ"ın rəqibi futbolçusu üçün "Arsenal"ın göndərdiyi ilk təklifi rədd edib
İngiltərənin "Arsenal" klubu "Nyukasl"da çıxış edən futbolçu Sandro Tonalini transfer etmək üçün təklif göndərib.
Yenixeber.org xəbər verir ki, "sağsağanlar" London təmsilçisinin 25 yaşlı yarımmüdafiəyə görə ilk təklifini rədd edib.
2023-cü ildən "Nyukasl"da çıxış edən oyunçu cari mövsüm 35 matçda meydana çıxıb və beş məhsuldar ötürmə ilə yadda qalıb. Onun Premyer Liqa klubu ilə 2028-ci ilin yayınadək müqaviləsi var.
Xatırladaq ki, "Nyukasl" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək.










AZ
RU