Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Anar Quliyev: "Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır"

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi memarlıq, şəhərsalma sahəsində gənc mütəxəssislərin fəaliyyətini dəstəkləyir, onların ölkənin inkişafında fəal iştirakını təmin etmək məqsədilə geniş imkanlar yaradır.

Yenixeber.org xəbər verir ki, bu barədə Komitənin sədri Anar Quliyevin Gənclər Günü ilə bağlı paylaşımında qeyd edilib.

Onun sözlərinə görə, ötən il Komitənin təqaüd proqramı çərçivəsində 11 tələbə təhsilini davam etdirib: "Eyni zamanda, şəhərsalma və memarlıq sahəsində bilik və bacarıqların artırılmasına yönəlmiş maarifləndirmə tədbirləri çərçivəsində 1 000-dən çox gəncin iştirakı ilə 15 seminar təşkil olunub. Biz gənc memarlar, mühəndislər və şəhərsalma mütəxəssislərinin rahat, təhlükəsiz və insanmərkəzli şəhərlərin yaradılmasında verdiyi töhfələri yüksək qiymətləndiririk.

A. Quliyev Azərbaycan gənclərini yaradıcı təşəbbüsləri və innovativ ideyaları ilə ölkənin gələcəyinin qurulmasında fəal iştiraka çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam