Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

İspaniyadakı vətəndaşlarımızdan-XƏBƏR VAR

Dünyanı öz cənginə alan koronavirus pandemiyasına indiyədək 2846576  nəfər yoluxub. Onlardan  197859-u dünyasını dəyişib, 811783 nəfəri isə sağalıb.

Yenixeber.org: Virusun ən çox qeydə alındığı ölkələr arasında İspaniya da yer alır. Belə ki, bu günədək İspaniyada  219764  nəfər koronavirusa yoluxub, onlardan 22524 nəfəri vəfat edib.

 

Ölkə yetərincə turistik ərazi olduğundan burda əcnəbilərin sıx məskunlaşması istisna deyil. Eləcə də azərbaycanlıların həm təhsil, həm də işlə bağlı olaraq yaşadıqları ölkələr arasında İspaniya  da yer alır.

 

Maraqlıdır, hazırda İspaniyada yaşayan vətəndaşlarımızın səhhəti necədir? Onların Azərbaycana təxliyyə məsələsi hansı yerdədir?

 

İspaniyada mövcud durumla əlaqədar danışan Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov deyir ki, İspaniyada yaşayan vətəndaşlarımız Azərbaycana çarter reysin açılmasını gözləyir:

 

“Gündəlik olaraq burada yaşayan azərbaycanlılarla əlaqə saxlayırıq. Çox şükür olsun ki, hələ vətəndaşlarımızdan heç birində koronavirusa yoluxma halı qeydə alınmayıb. Azərbaycanlılar arasında əvvəldən ünsiyyət var, amma indi votsap üzərindən də bir-birimizlə mütəmadi əlaqə saxlayırıq. Təxliyə məsələsi ilə bağlı isə hələ ki, dəqiq məlumat yoxdur. Amma vətəndaşlarımız davamlı olaraq Azərbaycana qayıtmaq üçün müraciət edir. Dövlətimiz tərəfindən çarter reysin açılmasını gözləyirik. İspaniyadan Azərbaycana qayıtmaq istəyənlər əsasən tələbələr və burada qısa müddətə yaşamağa gələnlərdir. Əvvəldən burada məskunlaşan və işləyən vətəndaşlarımız Azərbaycana qayıtmaq istəmir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam